2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Su və kanalizasiya probleminin həllinə milyardlarla manat tələb olunur

“Su və kanalizasiya problemlərinin həlli üçün 20 milyard manat lazım olduğu açıqlanıb”

Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov deyib.

Onun sözlərinə görə, kanalizasiya layihəsi hazır olmayan yeganə rayon Bərdədir: 

Saytların yığılması Saytlarin yigilmasi

“O layihə də Fövqəladə Hallar Nazirliyindən keçməkdədir. Hazırda sadəcə içməli su və kanalizasiya sistemlərində davam edən layihələrin maliyyəti 2,7 milyard manatdan çoxdur. Təkcə Gəncədə layihələrin icrası 550 milyon manat tələb edir. Aran bölgələrində qapalı sistemə keçirilməsi üçün 9 milyard manata yaxın vəsait tələb olunur. Sırf indiki vəziyyəti düzəltmək üçün isə 20 milyard manat vəsait lazımdır. Biz bir şeyi etmək istəyiriksə, birinci maliyyətinə baxmalıyıq, sonra prioritetlərə bölərək problemi həll etməliyik”.

Z. Mikayılov həmçinin bildirib ki, Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması həyata keçiriləcək. 

O qeyd edib ki, 10 gün bundan qabaq duzsuzlaşdırma prosesi başlayıb, artıq 14 xarici şirkət bu prosesdə iştirak edir, satınalma işləri gedir:

“Texniki su istifadə ediləndə insanla təmas etməməlidir. Virusu tapmaq o qədər də asan deyil. Biz texniki suyu bakterioloji təmizləyə bilərik. Texniki sudan yalnız sənayedə və dekorativ yaşıllaşdırmada istifadə edə bilərik”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button