2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Süd, ət, un məhsullarından daha çox şikayət edilir

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2021-ci ilin ilk 5 ayı ərzində ölkədə istehlakçı hüquqlarının pozulması ilə bağlı məlumat yayıb.

Agentlik son 5 ayda ən çox süd və süd məhsullarına dair şikayətlərin daxil olduğunu, ikinci və üçüncü yerdə ət və ət məhsulları, un və qənnadı məmulatları ilə bağlı müraciətlər edildiyini bildirir. Ən az şikayətin isə konservləşdirilmiş məhsullar, tamlı məmulatlar, bal və digər məhsullar üzrə qeydə alındığı deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Ən çox şikayətin martda daxil olduğu, müraciətlərdən 238-nin xidmətlə bağlı olduğu vurğulanır.

AQTA-nın verdiyi məlumata görə, müraciətlər arasında ən çox sayda şikayət məhsulun keyfiyyətinin aşağı olması (146) ilə bağlı olub. Heyvan kəsimi məntəqəsində (68) və sahibkarlıq subyektlərində antisanitar vəziyyət (57), son istifadə tarixi başa çatmış qida məhsulları (59) ilə bağlı şikayətlərin sayı da digər məzmunlu şikayətlərlə müqayisədə daha çox olub.

Məlumatda o da deyilir ki, bu dövr ərzində istehlakçılar tərəfindən ən çox narazılıq edilən “Araz” supermarketi, “Azza” şirniyyat evi, Sumqayıt şəhərində “Xan Çinar” kafesidir.

24 saat” “Süd, ət, un məhsullarından daha çox şikayət edilir” başlıqlı yazını “Azadlıq Radiosu”na istinadən dərc edib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button