2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Sui-qəsd gecəsi Putin üçün müdhiş təsadüf

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun sui-qəsd nəticəsində həyatını itirməsindən az əvvəl  Rusiya Prezidenti Vladimir Putin Moskvada bir teatr tamaşasını izləmək üçün yola çıxıb. Bu tamaşanın ssenari müəllifi 19-cu əsrin əvvəlində Rusiyanın İrandakı səfiri olan Aleksandr Qriboyedovdur.

1829-cu ildə iki dövlət arasındaki diplomatik böhran zamanı səfirliyə hücum edən bir qrup iranlı Rusiya səfirin öldürmüşdü. Rus mənbələr səfirlik basqınının arxasında İngilis xəfiyyələrin olduğunu iddia etmişdi.

24saat.org saytı xəbər verir ki, bu maraqlı təsadüfə “Financial Timesin” Moskva müxbiri Max Seddon diqqət çəkib. Seddonun bu haqda paylaşdığı Tweet-i yüz dəfələrlə paylaşılıb. Bəzi Ruslar Tweet-i sərt sözlərlə qarşılasa da, əsas kəsim “Ankaradakı sui-qəsd Putinə və ya İrana mesajdırmı” sualı ilə paylaşım edib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, Türkiyə, Rusiya və İranın xarici işlər nazirləri bu gün Moskvada bir araya gələcək. Üçlü zirvə Suriyadakı böhranın həll edilməsi üçün kritik əhəmiyyət kəsb edir.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button