2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Sumqayıtlı oğlan almaniyalı həmcinsiylə evlənməyə hazırlaşır – FOTO

Nəfəs LGBT Azərbaycan Alyansının sədri Cavid Nəbiyev Almaniyada ailə həyatı qurur.
24saat.org-un bakipost.az-a istinadən məlumatına görə, bu gün azərbaycanlı homoseksualla almaniyalı həmcinsinin nikah mərasimidir. Bu barədə C. Nəbiyev bir neçə gün əvvəl özü də məlumat verib:”Nikah dairəsində gün təyin etməliyik. Amma mövzumuz odur ki, evlənəndən sonra kim kimin soyadını götürəcək?”
O evlənəcəyi şəxsin cinsini soruşanlara isə “kişi” cavabını verib.
Eynicinslərin nikahı xeyli əvvəl baş tutmalıymış. Lakin C.Nəbiyevin sənədlərindəki çatışmazlıq buna maneə olub. Almaniyadaki aidiyyəti qurum ondan subaylıq haqqında arayış tələb edib. Nəbiyev isə bu arayışı Azərbaycandan ala bilməyib.
Qeyd edək ki, bir neçə il əvvəl Cavid Nəbiyev Azərbaycanda öz həmcinsi ilə nişanlanmışdı. Onların nişan xəbəri ictimailəşəndən sonra isə sevgililər ciddi təzyiqlərlə üzləşmişdi. Bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalaraq, Türkiyəyə üz tutmuşdular. Daha sonra isə C. Nəbiyev Almaniyaya yollanaraq orada yaşamağa başlayıb.
C.Nəbiyev Sumqayıtda yaşayırdı.
Cavid Nəbiyevlə ailə qurduğu həmcinsinin fotolarını təqdim edirik:

Sumqayıtlı oğlan almaniyalı həmcinsiylə evlənməyə hazırlaşır - FOTO

Sumqayıtlı oğlan almaniyalı həmcinsiylə evlənməyə hazırlaşır - FOTO

Saytların yığılması Saytlarin yigilmasi

Sumqayıtlı oğlan almaniyalı həmcinsiylə evlənməyə hazırlaşır - FOTO

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button