2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Türkiyə

Süveyş kanalında qəza: Neft tankeri LNG yüklü tankerlə toqquşub.

2023-08-23 11:42:37

class=”mediyanet-inline-adv”>

Aralıq dənizini Qırmızı dənizə birləşdirən və dünya ticarətinin mühüm tranzit məntəqələrindən biri olan Misirin Süveyş kanalında mayeləşdirilmiş təbii qazla (LNG) yüklənmiş Sinqapur bayrağı altında üzən “BW Lesmes” tankeri yerli vaxtla saat 21.35 radələrində quruya oturub. .

Saytların yığılması Saytlarin yigilmasi

Kanalda hərəkət edən Kayman adaları bayraqlı “Burri” adlı neft tankeri yerdə qalan tankerə çırpılıb.

BW Lesmes tankerinin bağlı olduğu şirkətdən verilən açıqlamada tankerdə heç bir ziyan olmadığı, saat 03.30 radələrində tankerin yenidən suya salındığı və ekipajın təhlükəsiz olduğu bildirilib.

Bildirilib ki, tanker ətraflı müayinə olunmaq üçün lövbər bölgəsinə aparılıb.

Neft tankeri də bölgədən çıxarılsa da, gəmilərin hərəkəti normal şəkildə davam edib.

Digər tərəfdən, “Ever Given” adlı nəhəng konteyner gəmisinin 2021-ci ildə Süveyş kanalında quruya qalması nəticəsində 6 gün ərzində hər iki istiqamətdə nəqliyyat dayanıb və qlobal ticarət pozulub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button