2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Təcili tibbi yardımın baş həkimi özünü təkzib etdi – VİDEO

“24 saat”-ın daha öncə verdiyi xəbərə əsasən ötən 06 May 2021-ci il axşam saatlarından etibarən Bakı şəhər 9 saylı köməkçi yardım stansiyada (KYS) başladılan üsyan daha sonra 8 və 3 saylı KYS-lar da qoşulub.

Xatırladaq ki, COVİD-19 infeksiyası ilə mübarizə aparan tibb işçilərinin belə üsyan etməsinə səbəb Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixində imzaladığı 1947 saylı sərəncamına və sərəncamdan irəli gələn Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarına əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə təyin etsə də, həmin artımın tibb işçilərinə bilərəkdən az verilməsi, son 3 ayda isə heç verilməməsi səbəb olub.

Üsyan başladıqdan sonra 9 saylı KYS-ya gələn Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev tibbi personalla söhbət əsnasında həqiqi vəzifə maaşının 440 manat olduğunu etiraf edib.

Saytların yığılması Saytlarin yigilmasi

“24 saat” bildirir ki, tibbi personalın iddiası da bu yöndə idi. Onlar vəzifə maaşlarının 250-300 manat deyil, 440 manat olduğunu bildirir və Prezidentin təyin etdiyi əlavə ödəmənin də buna görə hesablanmalı olduğunu bildirirdilər.

Ətraflı VİDEODA:

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button