2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

AZƏRBAYCANDA tibb işçiləri ÜSYAN başlatdı – VİDEO

Cavanşir Fərəcov Rauf Nağıyevi belə vurdu!

“24 saat” xəbər verir ki, Prezident İlham Əliyevin 18 mart 2020-ci il tarixində imzaladığı 1947 saylı sərəncamına və sərəncamdan irəli gələn Nazirlər Kabinetinin 25 mart 2020-ci il 112 saylı qərarına əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına aylıq vəzifə (tarif) maaşının 3–5 mislinədək miqdarda müddətli əlavə müəyyən edilib.

“24 saat”ın əldə etdiyi məlumata əsasən, bu gün (06 MAY 2021) 9 saylı köməkçi stansiyada fəaliyyət göstərən tibb işçiləri Prezidentin sərəncamının icra edilmədiyinə görə vəzifələrini icra etməkdən imtina ediblər. Məlumat üçün bildirək ki, hazırda TƏBİB-də yüksək vəzifə tutan Cavanşir Fərəcov 9 saylı köməkçi stansiyanın baş həkimi olub. Onların üsyanına əvvəl 8, daha sonra isə 3 saylı KYS-da qoşulub.

Əldə etdiyimiz məlumata görə, C. Fərəcovun bir zamanlar baş həkim olduğu və hələ də nüfuzunun qaldığı KYS-da başladılan üsyana səbəb Prezidentin imzaladığı 1947 saylı sərəncamın icra edilməməsi olub. İddiaya görə, bu sərəncamın icrası ilk günlərdən böyük maliyyə maxenasiyaları ilə müşahidə edilib və tibb işçilərinin vəzifə maaşı qanunda göstərildiyindən az yazılaraq mənimsənilib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu azmış kimi, son 3 ayda aylıq əməkhaqqına edilən 4 misli əlavə də verilməyib. Nəhayət bu gün “COVID-19”-la mübarizədə aktiv iştirak edən TTTYS çalışanlarının əməkhaqlarına 30-40 manat əlavə, infeksiya ilə heç bir təması olamyan dispetçerlərinin maaşlarına isə 250 manat əlavə ödənilib. Elə bu da KYS işçilərinin üsyan başlatmasına səbəb olub.

Hazırda 9 saylı KYS-ın başlatdığı üsyanın digər stansiyalara sıçramasın deyə SN rəsmilər əl-ayağa düşüb.

Xatırladaq ki, 2020-ci ilin iyununda TƏBİB rəhbərliyi Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi tutduğu vəzifədən azad edib. Bu barədə paytaxtın Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardıma Stansiyasının bütün bölmələrinə  məlumat verilib. Qeyd edilib ki, artıq baş həkim Rauf Nağıyev yox, Cavanşir Fərəcovdur.

Bu məlumatın üzərindən bir neçə saat keçdikdən sonra isə Rauf Nağıyevdən bütün bölmələrin baş həkimlərinə “WhatsApp”da mesaj gəlib. Həmin mesajda Rauf Nağıyev işinin başında olduğunu bildirib. “Heç bir dəyişiklik olmayıb, olmayacaq da”,- deyə Rauf Nağıyev bildirib.

Beləliklə 1 il əvvəl TƏBİB və SN arasında Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası uğrunda başlayan savaş bu gün TƏBİB yetkilisinin nüfuzlu olduğu KYS-da başladılan üsyanla yenidən alovlanıb.

Mövzuya qayıdacağıq.

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button