2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

"Təcili yardım" xidməti 100 yeni tibbi avtomobil alıb

Martın 16-da Azərbaycan prezidenti İlham Əliyev İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən alınmış müasir təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev təxliyə zamanı həyati təhlükəsi olanlara təcili tibbi yardım göstərməyə imkan yaradan yeni ambulanslar barədə dövlət başçısına məlumat verib.

Bildirilib ki, ambulansların alınmasında məqsəd əhaliyə göstərilən təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin keyfiyyətini yaxşılaşdırmaqdır. Qeyd olunub ki, İtaliyanın “Iveco Daily 35S15/E4” markalı 100 ədəd təcili tibbi yardım avtomobilindən 66-ı sadə diferensiallı, 3-ü psixiatrik, 20-i reanimobil, 1-i portativ rentgen aparatlı və 10-u perinatal küvəzlidir.

Saytların yığılması Saytlarin yigilmasi

Avtomobillər xəstə səhiyyə müəssisəsinə aparılarkən artıq yolda müalicəyə başlamağa imkan verən ən müasir tibbi avadanlıqlarla təmin edilib ki, bu da ən ağır vəziyyətdə olan pasiyentlərin təhlükəsiz daşınmasına imkan verir.

Perinatal küvəzli təcili yardım avtomobilləri patoloji yenidoğulmuşların tibb müəssisələrində göstərilməsi mümkün olmayan tibbi xidmətləri almaları məqsədilə müvafiq perinatal mərkəzlərə çatdırılması üçün nəzərdə tutulub.

Müxtəlif psixi pozğunluqlardan əziyyət çəkən xəstələrin daşınması üçün nəzərdə tutulan təcili tibbi yardım avtomobillərində xüsusi arakəsmələr quraşdırılıb.

Bütün avtomobillər qatlanıb açılan xərək, onurğa taxtası, boyun şinası və ilkin tibbi yardımın göstərilməsi üçün zəruri cihaz və avadanlıqlarla təchiz olunub. Ambulansların təchizat səviyyəsi xəstələrə bütün lazımi ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə və reanimasiya tədbirlərinin icrasına imkan verir. Nəqliyyat vasitələri dağlıq relyefdə və yolsuzluq şəraitində təcili tibbi yardım briqadasının rahat və təhlükəsiz hərəkətini təmin edir.

Zaur Əliyev bildirib ki, icbari tibbi sığortanın tətbiqindən sonra ümumilikdə 349 ambulans alınıb.

Qeyd edək ki, hakimiyyət vaxtaşırı yeni “təcili yardım” avtomobillərinin alınması barədə hesabat verir. Ancaq hələ də tibb maşınlarına və həkim briqadasına ehtiyac var.

Yanvarın əvvəlində Masazırda yeniyetmənin eyvandan yıxılması ilə əlaqədar “təcili yardım”ın bir neçə saat ərzində çağırışa gəlməməsi hadisəsi rezonans doğurmuşdu. Nəticədə, çoxsaylı sınıqları olan qızı valideynlər özləri qonşuların köməyilə xəstəxanaya aparmalı olmuşdular.

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button