2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Təhqir etmək istədilər, sevildi: müsəlman süpürgəçiyə qızıllar sel kimi axdı – FOTO

Bu qocanın fotosunu Twitter-də paylaşan adam onu aşağılamaq, təhqir etmək istəmişdi. Lakin tamamən əks effekt alındı.

Milli.Az bildirir ki, 65 yaşlı Naser əl İslam Əbdül Kərim banqladeşlidir. On minlərlə həmvətəni kimi o da Səudiyyə Ərəbistanında miqrant kimi yaşayır, ağır işdə çalışır.

Naser süpürgəçidir, Ər-Riyad şəhərindəki ticarət mərkəzlərindən birində işləyir.

Saytların yığılması Saytlarin yigilmasi

Günlərin birində o, işlədiyi, daha doğrusu, döşəmələrini süpürüb yuduğu ticarət mərkəzindəki süperlüks zərgərlik dükanlarından birinin qarşısında duraraq həsrətlə və kədərlə vitrinə baxırdı.

Vitrində yüz minlərlə, milyonlarla dollarlıq zinət əşyaları vardı.

Həmin anda alıcılardan biri Naseri görüb və vitrinin qarşısında durmuş süpürgəçinin fotosunu çəkərək İnstagram-dakı profilində paylaşıb.

السلام عليكم ورحمة الله وبركاته
ارجو ممن يعرف هذا العامل ان يتواصل معي.
فله طقم ذهب مجاناً .

Foto “Vitrinə elə baxır ki, sanki qarşısında həmişə təmizlədiyi zibil var” təki aşağılayıcı, təhqiramiz yazı ilə müşayiət olunmuşdu.

Bu paylaşımı Səudiyyə Ərəbistanının məşhur iş adamlarından biri, xeyriyyəçi Abdulla əl Qətani görüb.

O, Twitter-dəki “Ensaniyat” profilində həmin fotonu yayıb və təqibçilərinə müraciət edib: “Lütfən, bu insanı tapaq, ona yardım edək, könlünü alaq. Kimsə süpürgəçi işlədiyinə görə, kasıb olduğuna görə aşağılana bilməz”.

Əl Qətaninin açıqlaması Səudiyyə Ərəbistanındakı sosial şəbəkələrdə “bomba partlayışı” effekti yaradıb.

Minlərlə insan fotodakı şəxsi aramağa, onun kimliyini təyin etməyə çalışıblar.

Sonucda bəlli olub ki, zərgər dükanının vitrininə qüssə ilə baxan adam 65 yaşlı Naser əl İslam Əbdül Kərimdir.

“Fotonu yayandan sonra minlərlə telefon zəngi, mesaj aldım. Üç saat sonra telefonumda artıq 6 mindən artıq mesaj vardı. İnsanlar bu adama yardım etməyimi istəyirdilər. Kimi qızıl-zinət əşyaları, kimi pul, kimi iPhone, kimi paltar təklif edirdi. Hətta düyü şirkətlərindən biri kisələrlə düyü hədiyyə etməyə hazır olduğunu yazdı. Sonda o adamı tapdıq. Hədiyyələri ona çatdırdım”, – əl Qətani yazıb.

السلام عليكم ورحمة الله وبركاته
ارجو ممن يعرف هذا العامل ان يتواصل معي.
فله طقم ذهب مجاناً . pic.twitter.com/Md3fVUjqUB

تم تسليم العامل ما وعدناه به والتزمنا به
اسأل الله ان يتقبلها pic.twitter.com/MjledpyiBg

View image on TwitterView image on TwitterView image on Twitter

65 yaşlı banqladeşliyə on minlərlə dollar dəyərində qızıl-zinət əşyaları, mobil telefonlar, paltar, böyük məbləğdə pul bağışlanıb.

65 yaşlı Əbdul Kərim kövrəlib.

“O anda yanımda işıq saçdı. Sən demə, şəklimi çəkmişdilər. Bilmirdim ki, fotom sosial şəbəkələrdə yayılıb. Hədiyyələrə görə hamıya minnətdaram. Allah sizə yar olsun!” – Əbdül Kərim söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button