2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Təyyarədə doğulan uşaq haranın vətəndaşı olur?

“The Sunday Telegraph” qəzeti yazır ki, Türk Hava Yolları şirkətinin təyyarəsi mənzil başına göyərtəsində bir əlavə sərnişinlə çatıb.

Məqalədə deyilir ki, təyyarənin heyəti hamilə sərnişin qadının 13 kilometr yüksəklikdə doğmasına kömək etməli olub.

Saytların yığılması Saytlarin yigilmasi

Nafi Diaby adlı qadın Qvineyadakı Konakri şəhərindən Burkina Fasonun paytaxtı Uaqaduquya uçarkən sancıları başlanıb.

Beləliklə Kadiju və ya Xədicə adlı qız dünyaya səmada gəlib.

Boeing 737-900 təyyarəsi enən kimi ana və uşaq xəstəxanaya aparılıblar.

Hər ikisinin vəziyyəti qənaətbəxşdir.

“The Telegraph” yazır ki, bu, uşağın uçuş vaxtı doğulduğu yeganə hal deyil. Təyyarə heyətləri belə vəziyyətlərin öhdəsindən gələ bilmək üçün xüsusi hazırlıq keçirlər.

Kadiju və stüardessaFotonun müəllifiTURKİSH AİRLİNES

Lakin indi Kadijunun doğum yeri, vətəndaşlığı maraqlı sual kimi ortaya çıxıb və ya çıxa bilər.

Turkish Airlines stewards with baby Kadiju

Mövcud qanunlara görə uşaq anasının vətəndaşı olduğu ölkənin vətəndaşı olaraq qeydiyyatdan keçə bilər. Eyni zamanda o doğularkən təyyarənin üzərindən keçdiyi ölkənin vətəndaşlığına da qəbul edilə bilər.

Lakin məsələni daha da qəlizləşdirən budur ki, BMT-nin qaydalarına görə uçuşda doğulan uşaq təyyarənin qeydiyyatda olduğu ölkənin vətəndaşlığını qəbul etməlidir. Bu halda Kadijunun vətəni Türkiyə olmalıdır.

Amma son qərar Türkiyənin vətəndaşlıq qanunlarının belə bir hala yol verib-verməməsindən asılı olacaq.

Məsələn 2015-ci ildə Kanadanın üzərindən uçan təyyarədə doğulmuş Clare adlı qızın vəkilləri onun Kanada vətəndaşı kimi qeydə alınmasına çalışırdılar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button