Bizim tərcümə

Tacikistanın Çinlə sərhədində 7,2 bal gücündə zəlzələ baş verib

2023-02-23 16:55:18

class=”medianet-inline-adv”>

Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) verdiyi açıqlamaya görə, Tacikistanın Çin sərhədindəki dağlıq Bədəxşan muxtar bölgəsində 7,2 bal gücündə zəlzələ baş verib. Bildirilib ki, 10 kilometr dərinlikdə qeydə alınan zəlzələdən sonra hələlik can və mal itkisi ilə bağlı məlumat yoxdur.

ABŞ Geoloji Xidməti (USGS) isə zəlzələnin maqnitudasının 6,8 olduğunu açıqlayıb və zəlzələnin episentrinin Tacikistanın Murqob şəhərindən 67 kilometr qərbdə olduğu məlumatını paylaşıb.

Zəlzələ Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Bölgəsində də güclü hiss olunub.

Tərcümə“24 SAAT”

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button