2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSEÇMƏ

Taleh Bağırov polisin nəşinin qəbirdən çıxarılmasını istədi

Məhkəmədəki dindirmələrdən bu qənaətə gəlmişik ki, zərərçəkmiş qismində tanınmış polislərin əksəriyyəti Nardaran əməliyyatında iştirak etməyib. Əməliyyatı xüsusi təyinatlılar keçirib”.

Bunu AzadlıqRadiosu-na Nardaran işi üzrə təqsirləndirilən bir neçə nəfərin, o cümlədən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırovun və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının vəkili Yalçın İmanov deyib. Oktyabrın 3-də keçirilən məhkəmə iclasında BMCMİ-nin iki əməkdaşı – Mehman Teymurov və Firuz Mehdiyev dindirilib.

Hakim tədbir görüləcəyini bildirib

Saytların yığılması Saytlarin yigilmasi

Firuz Mehdiyevin dindirilməsi ötən iclasda yarımçıq qaldığından, budəfəki iclasda davam etdirilib. Dindirmə zamanı təqsirləndirilən Aqil İsmayılov bildirib ki, bu şəxs onu təhdid edərək, əslində, onun olmayan silahı öz üzərinə götürməsini istəyib. F. Mehdiyev vəkillərin suallarını cavablandırarkən heç kimi təhdid etmədiyini və heç kimə işgəncə vermədiyini bildirib. Vəkil ondan çalışdığı idarədə hər hansı bənzərinin olub-olmadığını soruşarkən, bu cavabı alıb: “Mənə bənzəyən 2 nəfər var”.F. Mehdiyev həmin adamların kimliyini açıqlamaqdan imtina edib. Vəkilin suallarına cavab verməkdən israrla boyun qaçıran şahid haqqında tədbir görülməsini istəyib. Hakim belə bir tədbirin görüləcəyini bildirib..

“Məni tutanın boyu daha hündür idi…”

Təqsirləndirilən şəxslərdən ötən məhkəmə iclasında zaldan çıxarılan Cahad Babakişiyev də ərizəsi əsasında məhkəmə zalına qaytarılıb. Digər polis – Mehman Teymurov təqsirləndirilən şəxslərdən Abbas Tağızadəni zərərsizləşdirdiyini, onun əlində avtomat və qumbara olduğunu deyib. A.Tağızadə onun yalan danışdığını, onu tutan şəxsin daha ucaboy olduğunu və öz əlində də o vaxt heç nə olmadığını vurğulayıb.

Taleh Bağırov Nardaran əməliyyatında ölən polis İsmayıl Tağıyevin eksqumasiyası – meyitin qəbirdən çıxarılması barədə vəsatət verəcəklərini bildirib: “Biz istəyirik ki, bu cinayətin üstü açılsın. Orada qumbara partlamayıb, o polis qəlpədən ölməyib”.

Məhkəmə oktyabrın 5-də davam edəcək

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button