Bizim tərcümə

Tayvan Çinin hərbi təlimini pisləyib

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-09 14:14:09

class=”medianet-inline-adv”>

Bir aydan az müddətdə Çin Tayvan ətrafında yeni hərbi təlimlər keçirdi.

Saytların yığılması Saytlarin yigilmasi

Tayvan Müdafiə Nazirliyi son 24 saat ərzində adanın ətrafında 57 Çin təyyarəsi və 4 donanma gəmisinin aşkarlandığını açıqlayıb. Tayvan lideri Tsai İnq-venin ofisindən verilən açıqlamada, təlimin şiddətlə pisləndiyi, Tayvan boğazında və bölgədə sülh və sabitliyin qorunmasının həm Tayvan, həm də Çinin ortaq məsuliyyəti olduğu bildirilib. Bəyanatda Tayvanın mövqeyinin çox aydın olduğu və münaqişəni daha da artırmayacağı, Tayvanın suverenliyini və təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcəyi bildirilib. Açıqlamada, Tayvan ordusunun Tayvan boğazı və ətrafındakı vəziyyəti nəzarətdə saxladığı və soyuqqanlılıqla cavab verdiyi bildirilib.

class=”medianet-inline-adv”>

Çin Xalq Azadlıq Ordusunun Şərq Əməliyyat Bölgəsi Komandanlığı dünən Tayvan ətrafında dəniz və havadan hücumlara yönəlmiş birgə döyüş təlimləri keçirdiyini açıqlayıb. Bəyanatda bildirilib ki, təlim ordunun birgə döyüş gücünün sınaqdan keçirilməsi və xarici qüvvələrin təxribat xarakterli hərəkətlərinə qətiyyətlə cavab vermək məqsədi ilə həyata keçirilib.

Dekabrın 25-də Çin 71 təyyarə və 7 gəmi ilə Tayvan ətrafında hərbi təlim keçirib.

Pekin rəhbərliyi Tayvanın Çinin bir hissəsi olduğunu iddia edərkən, Çinlə suverenlik münaqişəsi olan Tayvan “müstəqil ölkə” olduğunu bəyan edir.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button