2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Texniki baxış bahalaşır

Bakı/01.11.21 Bəzi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsinə görə tətbiq edilən rüsumlar artırılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 1-də keçirilən iclasında müzakirəyə çıxarılan «Dövlət rüsumu haqqında» qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, moto-nəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün rüsum 10 manatdan 15 manata qaldırılır.

Saytların yığılması Saytlarin yigilmasi

Həmçinin, minik avtomobillərinin yaxın qohumlara bağışlanması halları ilə əlaqədar, habelə bu qanunda nəzərdə tutulmayan digər hallarda avtonəqliyyat vasitələri üçün rüsum 10 manatdan 20 manata qaldırılır.

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələr və hərracın nəticələri haqqında protokol əsasında həmin minik avtomobillərinin müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınmasına görə aşağıdakı kimi olacaq:

– 2000 kubsantimetrədək olduqda – mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat;

– 3000 kubsantimetrədək olduqda – 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat;

– 4000 kubsantimetrədək olduqda – 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat;

– 5000 kubsantimetrədək olduqda – 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat;

– 5000 kubsantimetrdən çox olduqda – 1500 manat.

Bu rüsumlar Nazirlər Kabineti tərəfindən təsdiqlənən dövlət rüsumları ilə eynidir. Ancaq artıq bu qanunla müəyyən olunacaq və  istehsal tarixi 4 ildən çox olan avtomobillərdən başlayaraq dövlət rüsumunun məbləği azalacaq.

Eyni layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi üçün imtahanların qəbuluna görə rüsumlar da artırılır.

Belə ki, avto-moto nəqliyyat vasitələrinin, tramvay və trolleybusların idarə olunmasının sürücülük vəsiqəsi üçün rüsumlar 20 manatdan 40 manata qaldırılır. Sürücülük vəsiqəsinin alınması üçün imtahanların təkrar qəbuluna görə rüsum 10 manat artırılaraq 20 manat məbləğində müəyyənləşir.

Layihəyə əsasən, sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsinə görə olan rüsumlara da dəyişiklik təklif edilir.

Avto-moto nəqliyyat vasitələri üçün rüsumlar 25 manatdan 30 manata, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün rüsum 5 manatdan 10 manata qaldırılır.

Avtonəqliyyat vasitələri üçün verilən dövlət qeydiyyat nişanında əks olunmuş rəqəmlərin və ya hərflərin kombinasiyası üzrə rüsumların artırılması da təklif olunur.

Belə ki, 001, 002, 003, 004, 005, 006, 007,008, 009 üçün müxtəlif seriya – 1500 manatdan 2000 manata; eyni seriya – 2500 manatdan 3000 manata; 100, 200, 300, 400, 500, 600, 700, 800, 900 üçün müxtəlif seriya – 1000 manatdan 1500 manata;

eyni seriya 1500 manatdan 2000 manata; 111, 222, 333, 444, 555, 666, 777, 888, 999 üçün müxtəlif seriya 500 manatdan 1000 manata; eyni seriya 1000 manatdan 1500 manata qaldırılır.

Layihəyə əsasən, qeydiyyat şəhadətnaməsinin verilməsinə görə də rüsumlar artırılır.

Avto-moto nəqliyyat vasitələri üçün – 25 manatdan 30 manata; traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşquları üçün – 5 manatdan 10 manata qaldırılır.

Yol şəbəkəsinin müəyyən hissələrinə yük daşıyan nəqliyyat vasitələrinin və avtobusların buraxılması barədə xüsusi buraxılış vəsiqələrinin verilməsi – 10 manatdan 15 manata qaldırılır.-0-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button