2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Teymur Kərimova qarşı yeni ittiham irəli sürülüb

Kanal-11 internet televiziyasının həbsdə olan rəhbəri Teymur Kərimova qarşı yeni ittiham irəli sürülüb. 

Bu barədə jurnalistin vəkili Nemət Kərimli məlumat verib.

Onun sözlərinə görə, əvvəlki ittihama digəri də əlavə olunub: “Əvvəl Teymur Kərimova qarşı Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsi (xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə) ilə ittiham irəli sürülmüşdü. Hazırda 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham əlavə olunub”. 

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil qeyd edib ki, T.Kərimov özünü təqsirli bilmir və həbsini jurnalistika fəaliyyəti ilə əlaqələndirir.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button