2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tillerson: “Rusiya bu məsələdə konstruktiv deyil”

Rusiyanın mövqeyi Ukrayna münaqişəsinin nizama salınması barəsində konstruktiv deyil.
Publika.az xarici mediaya istinadən xəbər verir ki, bunu Dövlət Departamentində çıxışında ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
Onun sözlərinə görə, Vaşinqton və Moskva arasında etibar praktik olaraq sıfra bərabərdir. Dövlət katibi qeyd edib ki, Birləşmiş Ştatlar Rusiya ilə müəyyən etibarlılıq dərəcəsinin bərpasını istəyir.
“Biz məsələlərin uzun siyahısı üzərində işləməliyik. Hərbi və nüvə razılaşmalarımızdan tutmuş Ukrayna, Krım və başqa məsələlərə qədər. Ümid edirəm ki, əməkdaşlıq üçün yeni yolun inşasına başlaya biləcəyik. Müvəffəq olub-olmayacağımızı bilmirəm, amma yoxlayacağıq”, – Amerika xarici siyasət idarəsinin rəhbəri deyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button