2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

ToplumTV-nin ofisində axtarış olub, qapısı möhürlənib, Akif Qurbanov tutulub

Toplum TV videolarının Youtube-dan silindiyi deyilir

Toplum TV-nin saxlandığı deyilən əməkdaşlarından Elmir Abbasovun da evində martın 6-da axtarış aparıldığı bildirilir.

Üstəlik, Toplum TV-nin videolarının Youtube-dan silindiyi də deyilir.

Bu barədə məlumatı qurumun baş redaktoru Xədicə İsmayıl da təsdiq edib.

Saytların yığılması Saytlarin yigilmasi

Amma, hələlik, bu deyilənlərə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Akif Qurbanov tutulub

III Respublika Platformasının təsisçilərindən Akif Qurbanov şübhəli şəxs qisimində tutulub.

Bunu vəkil Şəhla Hümbətova deyib.

Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb:

“Akif Qurbanov şübhəli şəxs kimi cəlb edilib”.

Vəkilin vurğulamasına görə, Akif Qurbanov deyib ki, III Respublika Platformasının ofisinə 30 min avro yerləşdirib, götürüblər:

“Akif Qurbanovun dediyinə görə, ofisə basqın edib həmin pulu özləri yerləşdirib və sonra da özləri götürüblər. Onun deməsinə görə, axtarış tam nəzarətsiz şəkildə aparılıb. Akif Qurbanov onu da deyir ki, o pul orada olmayıb, nə ona aid deyil, nə də təşkilata aid deyil.”

Vəkilin sözlərinə görə, Akif Qurbanovun ya martın 7-də, ya da 8-də hakim önünə çıxarılacağı gözlənir.

Hələlik, vəklilin açıqlamasına Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Bəzi şəxslərin hələ də buraxılmadığı xəbər verilir

Toplum TV və III Respublika Platformasından bəzi şəxslərin hələ də buraxılmadığı bildirilir.Onların ümumilkdə saynın 8 nəfər olduğu deyilir.

Amma dəqiq sayı, hələlik, rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.

DİN-dən münasibət

III Respublika Platformasının təsisçilərindən Akif Qurbanovun axtarış aparıldığı deyilən evinə vəkil Şəhla Hümbətovanın buraxılmaması və onun zorakılığa məruz qalmasına dair söylənənlərə Daxili İşlər Nazirliyindən (DİN) münasibət bildirilib.

DİN-in mətbuat xidmətinin inspektoru İbrahim Əmiraslanlı “Turan”a bildirib ki, hər hansı zorakılıq halının olması ilə bağlı iddialar subyektiv mülahizələrdir:

“Prosesə vəkilin dəvət olunmasının qarşısı alınmayıb. Əməliyyat-axtarış tədbirlərinin keçirildiyi ünvana vəkilin gecikməsi onun prosesdən kənarda qalmasına səbəb olub. Burada başqa xüsus yoxdur”.

Bu ara ToplumTV-nin saxlanan əməkdaşlarının bəzilərinin buraxıldığı bildirilir. Amma həm bu məlumata, həm də ümumilikdə saxlananlarla bağlı deyilənlərə, hələlik, DİN-dən münasibət almaq mümkün olmayıb.

Fərid İsmayılovun da saxlandığı bildirilir

Martin 6-ı Toplum İnternet Televiziyasının əməkdaşı Fərid İsmayilovun evində axtarış aparıldığı və onun saxlandığı deyilir.

Bu barədə onun yaxınları məlumat verib. Onların deməsinə görə, axtarış zamanı evdən 3 min 100 avro götürüldüyü bildirilib. Üstəlik, axtarışın vəkilin iştirakı olmadan aparıldığı vurğulanır.

Toplum İnternet Televiziyasının əməkdaşı Fərid İsmayilov evindən tapıldığı deyilən pulun onun olmadığını bildirib.

Bu barədə də onun yaxınları məlumat verib: “ Fərid bildirdi ki, “bu pul mənim deyil, pulum olsaydı borclarımı verərdim””

Yaxınlarının sözlərinə görə, o həmçinin qeyd edib ki, səhhəti yaxşı deyil.

Bu məlumatı da, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

Vəkil axtarışa buraxılmadığını deyir

Vəkil Şəhla Hümbətova bildirib ki, Akif Qurbanovun mənzilində axtarış zamanı onun qapısında gözləsə də, içəri buraxılmayıb:

“Akif Qurbanov içəridədir, polis axtarış aparır. Mən gəlmişəm orderimlə birlikdə, Akif Qurbanovun vəkiliyəm. Qapını bayaqdan döyürəm, açmırlar. İçəridən mənə bildirdilər ki, polis qapını açmağa icazə vermir”.

Hələlik, bu deyilənlərə Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

Akif Qurbanovun mənzilində axtarış…

Martin 6-da axşam saatlarında III Respublika Platformasının üzvü Akif Qurbanovun da evində axtarışa başlandığı bildirilir.

Hələlik, bununla bağlı onun yaxınları və rəsmi qurumlarla danışmaq mümkün olmayıb.

III Respublika Platformasında da saxlananlar var

Bugün, martin 6-da III Respublika Platformasının bəzü üzvlərini də polisin saxladığı bildirilir.

Verilən məlumata görə, qurumun üzvləri Akif Qurbanov, Ruslan İzzətli və Araz Əliyev də ofislərindən çıxarılaraq aparılıb.

Amma bu məlumatı, hələlik, Daxili İşlər Nazirliyindən dəqiqləşdirmək mümkün olmayıb.

‘Toplum TV cinayət işi üçün heç bir hüquqi əsas verməyib’

Bunu jurnalistlərə Toplum TV-nin baş redaktoru Xədicə İsmayıl deyib.

O əlavə edib ki, “ bizim heç bir cinayətdə iştirakımız və hər hansı qeyri qanuni addımımız olmayıb”

Onun sözlərinə görə, bu baş verənlərin heç bir hüquqi izahı yoxdur: “Sadəcə ölkədəki repressiya dalğasının növbəti bir addımıdır”

Bu fikirlərə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Amma rəsmilər bir qayda olaraq jurnalistlərin peşə fəaliyyətinə görə, həbs edilmələri ilə bağlı deyilənləri qəbul etmir və ölkədə fundamental azadlıqların qorunduğunu vurğulayırlar.

Toplum TV-nin ofisinin qapısı möhürləndi

Martin 6-ı axşama doğru Toplum İnternet Televiziyasının Azərbaycan paytaxtı Bakı şəhərindəki ofisində axtarış başa çatıb.

Ofisin qapısı möhürlənib.

Hələlik, Daxili İşlər Nazirliyindən axtarışın nəticələri ilə bağlı məlumat almaq mümkün olmayıb.

***

Bu gün, martın 6-da “Toplum” internet televiziyasının Bakı şəhərindəki ofisində axtarış başlanıb, bir çox jurnalistin saxlanıldığı bildirilir.

Jurnalistlərin yaxınları deyir ki, onlar polis maşınlarına otuzdurularaq aparılıb. Hazırda onlarla əlaqə saxlamaq mümkün deyil.

III Respublika Platformasının üzvlərinin də saxlanıldığı bildirilir.

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən “Turan”a bildirilib ki, ToplumTV-nin ofisində və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə əməliyyat-axtarış tədbirləri keçirilib: “Əlavə məlumat veriləcək”.

ToplumTV-nin əməkdaşları axtarışı peşə fəaliyyətləri ilə izah edirlər və bunu “tənqidi səslərin boğulması” kimi dəyərləndirirlər.

Azadlıq radiosu

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button