2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tramp koronavirusa görə ÜST-ü tənqid etdi

ABŞ Prezidenti Donald Tramp koronavirusla bağlı yanlış tövsiyələr verdiyinə görə Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) sərt tənqid edib.

Ağ Ev rəhbəri Tvitterdə yazdığı statusunda ÜST-ü Çinə meyilli olmaqda ittiham edib:

“ÜST-ün Fondunu böyük miqyasda ABŞ təmin edir, ancaq o, niyəsə hələ də Çinə tərəfdir. Bu məsələ ilə də maraqlanacağıq. Covid-19 böhranının başlanğıcında ÜST Çindən gələn avia-səfərlərlə bağlı tövsiyələr verirdi. Yaxşı ki, onların Çinlə sərhədləri açıq saxlamaq tövsiyəsini qəbul etmədim. Niyə bizə belə tövsiyə verirdilər ki?”.

Qeyd edək ki, ABŞ-da 386 min 194 nəfər koronavirusa yoluxub, 12 min 246 nəfər isə dünyasını dəyişib. (Qafqazinfo.az)

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button