2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Tramp onlarla şəxsi əfv eləyə bilər


 

ABŞ Prezidenti Donald Tramp vəzifə müddətinin son tam iş günündə onlarla şəxsi əfv eləyə bilər. Bu haqda ABŞ-ın media orqanları xəbər verir.

“The New York Times”, “Reuters” Ağ evdəki mənbələrə istinadla yazırlar ki, yanvarın 19-da Tramp 60-100 nəfəri əfv edəcək. Onların içində rep ulduzu da var, tibb sahəsində fırıldağa görə həbs olunmuş həkim də.

Saytların yığılması Saytlarin yigilmasi

Prezidentin yaxın müttəfiqi, keçmiş köməkçisi Stiv Banonun əfv edilib-edilməyəcəyi bəlli deyil. O, ABŞ-Meksika sərhədində hasar tikintisinə pul yığmaq adı altında bir qrup şəxsi aldatmaqda ittiham olunur.

Trampın əfv siyahısına özünü, qızı İvankanı, kürəkəni Jared Kuşneri, böyük oğulları Donald və Eriki salıb-salmayacağı da bəlli deyil. Onlar cinayətdə ittiham olunmadıqları üçün belə bir əfv də preventiv məqsəd daşıya bilər.

Ancaq bir çox alimlərin fikrincə, özünüəfv konstitusiyaya zidd olar, çünki bir şəxsin öz işində hakim ola bilməməsi prinsipini pozar.

Konstitusiya prezidentə geniş əfv səlahiyyəti verir. Amma tənqidçilər deyirlər ki, Trampın əvvəlki əfvlərinin məqsədi siyasi müttəfiqlərini mükafatlandırmaq olub, nəinki məhkəmə sistemində hansısa yanlışlığı düzəltmək.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button