2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Trampın yeni sərəncamı: “Amerika malı al, amerikalı çalışdır”

ABŞ prezidenti Donald Tramp ölkədəki xarici iş adamlarına iş haqqı verən H-1B viza proqramının nəzərdən keçirilməsi üçün sərəncam imzalayıb.

Sərəncam “Amerika malı al, amerikalı çalışdır” adlanır və Viskonsin (Wisconsin) əyalətindəki bir fabrikdə keçirilən tədbirdə imzalanıb.
Prezident Tramp qeyd edib ki, “H-1B viza proqramı ilə bağlı sərəncamı amerikalıların mənafeyi üçün verilib, bu addım ABŞ məhsullarının təbliğ edilməsi məqsədi daşıyır və amerikalı işçilərin işə götürülməsinə təminatdır.”

Saytların yığılması Saytlarin yigilmasi

Yeni sərəncamda qeyd olunur ki, ABŞ Dövlət Katibliyi, Ədliyyə, Əmək və Daxili Təhlükəsizlik nazirlikləri xarici iş adamlarıyla bağlı qaydaları amerikalı işçilərin hüquqlarını qoruyacaq şəkildə qurmalı və yeni qaydalar hazırlamalıdırlar.
Ekspertlər isə sərəncama belə münasibət bildiriblər: “ABŞ-ı hər il təxminən 85 min xarici mütəxəssis tərk edir. H-1B proqramı məhdudiyyətlə yanaşı, texnologiya və səhiyyə xidmətləri kimi bir çox sektora mənfi təsir göstərəcək”.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button