2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Trump Serbiya və Kosovo arasında ‘tarixi razılaşmanı’ bəyan etsə də…


ABŞ prezidenti Donald Trump bəyan edib ki, Serbiya və 2008-ci ildə ondan qopduğunu elan etmiş Kosovo öz aralarında iqtisadi əlaqələrin normallaşdırılmasına dair razılaşma əldə ediblər.

Sentyabrın 4-də Serbiya və Kosovo liderləri ilə danışıqlardan əvvəl Oval kabinetdə danışan Trump deyib ki, Belqrad özünün İsraildəki səfirliyini Yerusəlimə köçürəcəyini bildirib.

Trump bunu da deyib ki, Kosovo və İsrail də diplomatik münasibətlərin qurulacağı barədə razılaşma əldə ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Trump administrasiyasının rəsmiləri ilə ikigünlük təmaslardan sonra Serbiya prezidenti Aleksandar Vucic və Kosovonun baş naziri Avdullah Hoti “investisiyaların cəlb edilməsi və yeni iş yerlərinin yaradılması” məqsədilə bir sıra iqtidsadi sahələrdə əməkdaşlıq edəcəkləri barəsində razılaşma imzalayıblar.

Trump bu razılaşmanı “həqiqətən də tarixi” adlandırıb.

 

 

Lakin Serbiya tərəfi bildirir ki, bu razılaşma Serbiyanın Kosovonun mütəqilliyini tanıması anlamına gəlmir.

Serbiya rəsmilərinin fikrincə söhbət Belqrad və Priştina arasında tammiqyaslı siyasi razılaşmadan da getmir.

Bu, Kosovonun tanınması deyil

Vucic vurğulayıb ki, sözü gedən razılaşma birbaşa Kosovo ilə yox, ABŞ-ın vasitəçiyi ilə imlzalanıb.

Onun sözlərinə görə imzalanmış sənəd Kosovonun beynəlxalq hüququn subyekti kimi tanınmasını ehtiva etmir.

Amma Kosovonun baş naziri bildirib ki, bu razılaşma son nəticədə iki ölkə rasında qarşılıqlı tanıma prosesinə yol açmalıdır.

Bu danışıqlar zamanı Kosovo habelə İsrail dövlətini tanıyacağını və onunla diplomatik münasibətlər quracağını bildirib.

Birləşmiş Ştatlar Serbiya və Kosovo prezidentləri Vucic və Thaci arasında görüşün hələ ötən iyunda keçirilməsini planlaşdırmışdı, lakin o vaxt Thaci Beynəlxalq Cinayətlər Məhkəməsinin onun barəsində ittihamı ilə bağlı Vaşinqtona səfər edə bilməmişdi.

Serbiya NATO-nun 1999-cu ildə keçirilmiş əməliyyatından sonra Kosovo ərazisinə nəzarət etmir.

Kosovo 2008-ci ildə Serbiyadan müstəqilliyini elan edib.

Kosovonun müstəqilliyi əksər Avropa ölkələri tərəfindən tanınıb.

Rusiya və Azərbaycan da daxil bir sıra ölkələr Kosovonun müstəqiliyini tanımırlar.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button