2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Trump və Erdoğan Ağ Evdə görüşürlər

ABŞ prezidenti Donald Trump mayın 16-da Ağ Evdə Türkiyə prezidenti Recep Tayyip Erdoğanı qəbul edib.

Görüşdən əvvəl hər iki prezident mətbuat nümayəndələri qarşısında qısa çıxış ediblər.

Saytların yığılması Saytlarin yigilmasi

Çox qısa çıxışında Donald Trump türk əsgərlərinin Amerika əsgərləri ilə çiyin-çiyinə Koreya müharibəsində döyüşdüklərini yada salıb və deyib ki, “onların etdiklərini unutmamışıq”.

Trump deyib ki, türk xalqı təhlükəli terror hücumlarına məruz qalır və “biz İŞİD və PKK kimi terror təşkilatları ilə mübarizədə Türkiyənin yanındayıq”.

ABŞ prezidenti deyib ki, Türkiyə üçün nəzərdə tutulmuş hərbi avadanlıq tez bir zamanda mənzilinə çatdırılacaq.

Prezident Erdoğan öz çıxşında səfərinin gündəliyini maddə-maddə xatırladıb.

Erdoğan deyib ki, ABŞ və Türkiyə arasında bağlar ortaq dəyərlərə söykənir və “bu təlatümlü zamanda iki ölkənin əməkdaşlığı xüsusi əhəmiyyət daşıyır”.

O bildirib ki, Ankara Vaşinqtonla dialoqları və əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətindədir.

Erdoğan deyib ki, bu görüşün “tarixi bir dönüş nöqtəsi” olacağına inanır.

Türkiyə prezidenti vurğulayıb ki, “bölgədə İŞİD başda olmaqla bütün terror təşkilatlarına qarşı mübarizə böyük əhəmiyyətə malikdir”.

Erdoğan deyib ki, “ortaq gələcəyimizi təhdid edən terror təşkilatlarına qarşı fərq qoymadan mübarizə aparmağa qərarlıyıq”.

Türkiyə prezidenti deyib ki, xüsusilə “YPG/PYD terror təşkilatından hansı ölkə olursa olsun, özünə köməkçi kimi istifadə etməsi məqsəduyğun deyil”.

Erdoğan bu barədə danışarkən deyib: “Eyni şəkildə terror təşkilatlarının fəaliyyətlərini bəhanə edib bölgənin etnik və dini düzənini dəyişmək istəyənlərə imkan verilməməlidir”.

Türkiyə prezidenti keçmiş müttəfiqi, hazırda isə ötən il yer almış çevriliş cəhdinin əsas şübhəlisi hesab etdiyi müsəlman vaiz Fethullah Gülen məsələsinə də toxunub.

Erdoğan hazırda ABŞ-da yaşayan Gülenin Türkiyəyə ekstradisya olunmasını tələb edir və Trump-la görüşdə də “gözləntimizin davam etdiyini” deyib.

Türkiyə prezidenti deyib ki, “Trump-ın seçki qələbəsi bölgədəki gözləntilərin cücərməsinə səbəb olub”.

Erdoğan bildirib ki, Trump-ın Suriyaya ötən ay raket zərbələri endirmək qərarını da dəstəkləyir.

Sonda Erdğan Trump-ı ailəsi ilə birlikdə Türkiyəyə qonaq çağırıb.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button