2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Trump və Erdoğan Türkiyənin Suriyaya müdaxiləsini müzakirə ediblər

Reuters agentliyinin verdiyi xəbərə görə Türkiyə prezidenti Recep Tayyip Erdoğan prezident Donald Trump-la telefon söhbətində deyib ki, ABŞ Suriya kürdlərinin YPG silahlılarına dəstəyini dayandırmalıdır.

İki prezident Türkiyənin Suriyanın Afrin regionunda YPG-yə qarşı keçirdiyi hərbi əməliyyatı müzakirə edirdilər.

Bu barədə məlumatı Reuters-ə Erdoğanın administrasiyasından veriblər.

Saytların yığılması Saytlarin yigilmasi

Bloomberg saytının Ağ Evə istinadən verdiyi xəbərə görə isə, prezident Donald Trump telefon danışığı zamanı Erdoğana deyib ki, Ankaranın Suriyanın şimalında YPG qüvvələrinə qarşı hücum əməliyyatını genişləndirməsi Türkiyə ilə ABŞ qüvvələri arasında birbaşa münaqişəyə səbəb ola bilər.

Xəbərdə deyilir ki, Trump Türkiyəni “eskalasiyanı azaltmağa, öz hərbi əməliyyatlarını məhdudlaşdırmağa, habelə mülki əhali arasında tələfata və adamların didərgin düşməsinə yol verməməyə” çağırıb.

Ağ Evin məlumatında deyilir: “O Türkiyəni ehtiyatlılıq nümayiş etdirməyə, Türkiyə və Amerika qüvvələri arasında münaqişə yarada biləcək hərəkətlərdən çəkinməyə çağırıb”.

Bloomberg yazır ki, Trump-ın sərt bəyanatı onun Erdoğanın kürd döyüşçülər üzərinə hücum hərəkətlərindən hövsələsiz olduğunu nümayiş etdirib. Suriyadakı YPG qüvvələri ABŞ tərəfindən dəstəklənir, lakin Ankara onları PKK-nın bir qolu hesab edir.

Bloomberg-in xəbərində deyilir ki, Trump habelə Erdoğanın ABŞ barədə son bəyənatı ilə bağlı narazılığını bildirib. Türkiyə prezidenti Amerikanı kürdlərə kömək etməklə “terrorçuları dəstəkləməkdə” ittiham etmişdi.

Ağ Evin bu barədə bəyanatında deyilir: “Trump Türkiyədən gələn destruktiv və yanlış ritorika, habelə Türkiyədə müddəti uzadılmış fövqəladə vəziyyət şəraitində həbsdə saxlanan ABŞ vətəndaşları və yerli əməkdaşlar barədə narahatlığını ifadə edib”.

ABŞ Suriyanın Afrin regionu üzərinə hücumdan əvvəl Türkiyəni bu əməliyyatdan çəkinməyə çağırmışdı. Lakin Ankara Vaşinqtonun çağırışlarına baxmayaraq şimali Suriya ərazisinə tanklar və canlı qüvvə ilə müdaxilə edib.

Bundan az əvvəl ABŞ Suriyanın şimalında 30 minlik sərhəd təhlükəsizlik qüvvəsi yaratmaq planlarını elan etmişdi. Erdoğan bu planları kəskin tənqid etmiş, bunun ardınca dövlət katibi Rex Tillerson təhlükəsizlik qüvvələri barədə məlumatın təhrif olunduğunu demişdi.

ABŞ tərəfinin bu kəskin bəyanatlarından əvvəl Türkiyə Suriya ərazisindəki əməliyyatlarını kürdlərin nəzarətində olan başqa bir şəhərə – Mənbicə doğru genişləndirəcəyini bildirmişdi.

Bloomberg yazır ki, Erdoğan Afrinə qoşun göndərməzdən əvvəl Moskvanın razılığını almış və Afrindəki Rusiya qüvvələri həmin ərazidən çıxarılmışdı.

Bloomberg-in yazdığına görə, Vaşinqtonun sərt mövqeyi göstərir ki, ABŞ özünün Mənbic regionundakı qüvvələrini oradan geri çəkməyə bilər. Bu, iki NATO müttəfiqinin qüvvələri arasında açıq qarşıdurma yaradardı.

Ağ Evin internet saytında yerləşdirilmiş məlumatda deyilir ki, iki lider Birləşmiş Ştatlar və Türkiyə arasında, xüsusilə də regional sabitliyin möhkəmləndirilməsi və terrorizmlə mübarizədə strateji əməkdaşlığın yaxşılaşdırılmasının mühümlüyünü vurğulayıblar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button