2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Turistlərlə bağlı absurd təklif hansı ağlın məhsuludur?

Qubad İbadoğlu

Turizm Azərbaycanda da Türkiyədəki qədər iqtisadiyyat və dövlət üçün önəmli olsa idi, onda bizdə də ayıca nazirliyə və çoxsaylı dövlət orqanlarına ehtiyac yaranardı. Ötən il ölkəsinə əhalisinin 150 faizi qədər turist cəlb edən Gürcüstanda Milli Turism Adminstrasiyası və Turizm Assosiasiyası aparıcı rola malik olan yeganə dövlət və qeyri-dövlət təşkilatlarıdır. Azərbaycamda isə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı,
Azərbaycan Respublikasının Turizm Şurası, Milli Turizm Təbliğat Bürosu, Azərbaycan Turizm və Menecment Universiteti kimi çoxsaylı dövlət orqanları və institutları fəaliyyət göstərir. Halbuki bir çox inkişaf etmiş ölkələrdə turizm iqttisadiyyatın bir bölməsi hesab olunduğundan bu sahədə dövlət siyasətini İqtisadiyyat Nazirliyinin müvafiq departamenti həyata keçirir. Axı keşmiş SSRİ təcrübəsi də göstərdi ki, dövlət tənzimlənməsi çoxaldığca həmin sektor inkişafdan qalır, sahibkarların azad təşəbbüsləri boğulur, müstəqil fəaliyyət imkanları məhdudlaşır. Əslində Azərbaycan kimi kiçik ölkələrdə turizm ailə əsaslı və fərdi sahibkarlıq formasında inkişaf edə və uğur qazana bilər. Bunun üçün də ilk növbədə dövlət turizmin təşkili işinə qarışmamalıdır.
Bu gün yayılan məlumata görə, Milli Turizm Təbliğat Bürosu Bakıda turistlər üçün pulsuz ictimai nəqliyyatdan, şəhər muzeyləri və mədəniyyət mərkəzlərinə ödənişsiz girişdən istifadə etmək imkanı verən kartlar hazırlayıb. Əgər bu kartlar sahibinə çoxsaylı xidmətlərdən istifadə zamanı endirim verirsə onu normal qəbul etmək olar. Amma, nədən Bakıya gələn turist ictimai nəqliyytadan pulsuz istifadə etmək hüququna malik olmalıdır? Məgər, biz xarici ölkələrə gedəndə turist olaraq həmin ölkələrdə icimai nəqliyyatdan pulsuz istifadə edirik? Görəsən, tursitləri metroda və avtobusda 20 qəpiklik ödəniş haqqından azad etməklə Bakıya gəzməyə gəlməyə həvəsləndirmək kimi absurd ideya kimin ağlının məhsuludur? Sizcə bu diskriminasiya paytaxt sakinlərini aşağılamırmı?
Bəlkə Azal onlara öz reyslərində pulsuz gediş-gəliş bileti də təklif etsin? Necə təklifdir?

Saytların yığılması Saytlarin yigilmasi

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button