2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyə: Son 9 ayda azı 40 min insan həbs olunub

Çevriliş cəhdilə əlaqədar 40 min nəfər saxlanılıb və daha 120 min insan vəzifəsindən kənarlaşdırılıb

Saytların yığılması Saytlarin yigilmasi

Fethullah Gülən Camaatının Türk Silahlı Qüvvələrinə (TSK) təsiri və “Bylock” mesajlaşma sisteminin istifadəsilə bağlı aparılan araşdırma çərçivəsində ən azı 268 şübhəlinin saxlanılması barədə qərar çıxarılıb.

Anadolu Agentliyinə (AA) görə, İstanbul Cumhuriyyet Baş prokurorluğunun istintaqı çərçivəsində TSK daxilindəki “Fethullahçı Terror Təşkilatı/Paralel Dövlət İdarəçiliyi ilə (FETÖ/PDY)” əlaqəsi olduğu düşünülən 144 şübhəlinin həbsə alınması qərarı verilib.

AA, İstanbuldakı əməliyyat gedişatında 35 ünvana reydlərin həyata keçirildiyini xəbər verir.

İndiyədək 20-ə yaxın şəxsin həbsə alındığı, 40 regionda əməliyyatların davam etdiyi bildirilir.

Ankara Cumhuriyyet Baş prokurorluğunun “FETÖ istintaqı” daxilində “ByLock” mesajlaşma sistemindən istifadə etməklə bağlı 124 adam haqqında həbs orderi verildiyi açıqlanır.

Sənəddə deyilir ki, Gülən hərəkatı üzvləri “Acrobits, Softphone, Bylock adlı programlar”ın istifadəsilə onlayn “şifrəli danışıqlar aparıblar”.

Hakimiyyət ötən il baş verən çevriliş cəhdində Fethullah Güləni ittiham edir. ABŞ-da mənzillənən ruhani iddiaları rədd edir.

Çevriliş cəhdilə əlaqədar 40 min nəfər saxlanılıb və daha 120 min insan vəzifəsindən kənarlaşdırılıb. Onların arasında polis, alim, müəllim, dövlət qulluqçusu və jurnalistlər də var.

Mənbə: BBC Azərbaycanca

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button