Dünya

Türkiyədə diplomatik böhran dərinləşir

Loading...

Prezident Rəcəb Tayyib Ərdoğan həbsdə olan vətəndaş cəmiyyəti liderinin sərbəst buraxılmasına çağırış edən ABŞ səfiri Deyvid M. Satterfild daxil olmaqla 10 səfirin ölkədən çıxarılmasına göstəriş verəndən sonra Türkiyə diplomatik tənqidlərlə üzləşir.

Niderland, Danimarka və Norveç bəyanatlar yayaraq bildiriblər ki, onlar Türkiyədə insan haqlarını qorumağa sadiq qalırlar, Birləşmiş Ştatlar və Almaniya isə deyib ki, onlar açıqlama gözləyirlər. Bu ölkələr Ərdoğanın şənbə günü səfirlərini persona non grata elan etdiyi ölkələr arasındadır.

Türkiyə prezidenti səfirləri türkiyəli xeyriyyəçi Osman Kavalanın sərbəst buraxılmasına çağıran ortaq bəyanatlarına görə qınayıb. Ərdoğan bu bəyanatı Türkiyənin daxili məsələlərinə müdaxilə adlandırıb.

Ərdoğan deyib ki, “Onlar Türkiyəni biləcəklər və anlayacaqlar. Türkiyəni bilməyib və anlamadıqları gün, ölkəni tərk edəcəklər.”

Kavala Türkiyənin ən tanınmış vətəndaş cəmiyyəti tərəfdarlarındandır və Ərdoğanın tənqidçisidir. O, 2016-cı ildə çevriliş cəhdini və 2013-cü ildə vətəndaş iğtişaşını maliyyələşdirməklə Ərdoğanı devirməyə çalışmaqda ittiham olunub. O, artıq dörd ildir həbsdədir və hələ ki, məhkum olmayıb və ona qarşı sürülən bütün ittihamları rədd edir.

Türkiyə prezidenti iddia edir ki, o, Türkiyənin müstəqilliyini müdafiə edir. Bəzi müşahidəçilər deyir ki, bu mövqe onun millətçi elektoratını cəlb edir. Prezident seçkilərinin 2023-cü ildə keçiriləcəyi gözlənilir. Duvar News portalının siyasi şərhçisi İlhan Üzgel deyir ki, Ərdoğan xalqın diqqətini valyutanın dəyər itirməsindən və gözlənilən iqtisadi böhrandan yayındırmaq üçün sərt diplomatiyaya əl atdığını deyir.

“İqtisadi vəziyyət çox pis olduğu üçün Ərdoğan populyarlığını itirir. Amma Ərdoğanın Birləşmiş Ştatlarla probleminin olması, millətçi seçicilərin xoşuna gəlir. O, müxalifəti xarici qüvvələrlə, Mərkəzi Kəşfiyyat İdarəsi və Vaşinqtonla onu devirmək məqsədilə əmədaşlıq etməkdə günahlandıra bilər,” o deyib.

Hələ ki, 10 səfirdən heç birinə persona non grata elan olunduqlarına dair rəsmi bildiriş göndərilməyib. Müşahidəçilər deyir ki, Ərdoğanın onları ölkədən çıxarıb-çıxarmayacaqları hələ ki, bəlli deyil və bu addım ölkənin maliyyə problemlərini kəskinləşdirə və Türkiyəni Qərb müttəfiqlərindən təcrid edə bilər.

Mənbə
“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button