2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Türkiyəli məmur: “25 min şəhid versək də, heç kim buna səs çıxartmasın” – VİDEO

“Tək yolları qalıb”
Ankara Böyükşəhər Bələdiyyə sədri Melih Gökçek İstanbulda baş vermiş terror aktından sonra açıqlama verib.

Onun çıxışı sosial media istifadəçilərinin etirazına səbəb olub.
“TGRT Haber”-in canlı yayımına qoşulan M.Gökçek deyib ki, Türkiyə əvvəlki Türkiyə deyil: “Biz Çanakkaledə 250 min şəhid verdik. İndi FETO-nun da arxasında, PKK-nın da arxasında onlar var. Çanakkaledə necə qalib gəldik, bu gün də elə qalib gələcəyik. Qalib gəlməməyimiz üçün bir əngəl yoxdur. Türkiyə əvvəlki Türkiyə deyil. Tək yolları qalıb. Ya R.T.Ərdoğanı öldürmək istəyəcəklər, ya da dövlət adamlarından bir neçəsini öldürmək istəyəcəklər. İkinci edə biləcəkləri isə ikidə bir avtomobillərin içərisində bomda partlatmaqdır. Biz orada 250 min şəhid verdik. 25 min şəhid də burda versək kimsə səs çıxartmasın. Şəhidlik onsuz da Allahın yanında ən böyük məkandır. Allah inşallah sayılarını az edər. Çox olsun istəmərik. Amma nəticə etibarı ilə ölkəni qorumaq üçün canımızı da ortaya qoymaya hazırıq.”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button