Bizim tərcümə

Ukrayna müharibəsi bitməmiş yeni böhran… Flaş qərar: Qadınları da işə götürdülər!

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-01-18 15:52:49

class=”medianet-inline-adv”>

Dünyanın gözü və qulağı 11 aydır Ukraynadan gələn xəbərlərdə…

Saytların yığılması Saytlarin yigilmasi

Ancaq Ukraynadan minlərlə kilometr aralıda müharibə ehtimalı da var.

Çin və Tayvan arasındakı gərginliyi azaltmaq mümkün deyil. Çin işğalına qarşı hazırlıqlarını davam etdirən Tayvandan ani bir qərar gəldi.

Çinin işğalı halında qadınlara da ehtiyat əsgər təhsili veriləcəyi açıqlandı.

Bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb. Sözügedən açıqlamada bu ilin ikinci rübündə 220 qadın əsgərin təlimlərdə iştirakına icazə veriləcəyi bildirilib.

Qadınlar üçün hərbi təlim əvvəllər də Tayvanın gündəmində idi. Bəzi Tayvanlı siyasətçilər qadınlara hərbi təhsil verməməyin ayrı-seçkilik olduğunu müdafiə etdilər.

Lakin o zaman Müdafiə Nazirliyi orduda vəsait çatışmazlığı səbəbindən qadınların təlimlərə cəlb oluna bilməyəcəyini açıqlamışdı.

class=”medianet-inline-adv”>

Tayvan və Çin 1949-cu ildə vətəndaş müharibəsi zamanı ayrıldı. Bununla belə, Çin hələ də adadakı iddiasını qoruyur.

Çin Tayvanı öz ərazisinin bir parçası hesab edir və Çin administrasiyası ‘dinc yolla birləşmə’ adı altında Tayvanın idarəçiliyini öz üzərinə götürmək istəsə də, bu məqsədlə güc tətbiq etməkdən çəkinməyəcəyini bildirir.

Bundan əlavə, digər ölkələrin Tayvanla rəsmi əlaqə saxlaması Çin tərəfindən “suverenliyin pozulması” kimi qiymətləndirilir.

Şərqi Çin dənizində Yaponiyanın “Senkaku” və Çinin “Diaoyu” adlandırdığı arxipelaq iki ölkə arasında gərginliyə səbəb olur.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button