2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Ukrayna Silahlı Qüvvələri bu məlumatı “ÖNƏMLİ” başlığı altında paylaşdı

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından Rusiyanın işğalı ilə bağlı məlumat

🔸Kiyev vilayətində vəziyyət. Kiyev bölgəsində Bucha (Buça) – Gostomel (Qostomel) – İrpen istiqamətləri vəziyyət çətin olaraq qalır. Rusiya işğalçı qoşunları son 4 saatdır müqaviməti yarmağa çalışır. Buçada hərbi texnika kolonunun qarşısını kəsmək onların hərəkətini dayandırmaq mümkün olub, düşmən texnikasını atıaraq geri çəkilib.

🔸 Volın istiqamətində quru qoşunlarının aktiv hərəkətləri qeyd olunmayıb. Düşmən aviasiyası Belarus Respublikası ərazisindən Ukrayna dövlət sərhədinin şimal hissəsi boyunca uçuşları aramsız davam etdirir.

Saytların yığılması Saytlarin yigilmasi

🔸 Polissyada işğalçılar böyük heyətlə Kiyev şəhəri istiqamətində hücumlarını davam etdirirlər.
Hücumun tempini saxlamağa cəhd edən düşmən müəyyən istiqamətlərdə qruplaşmaların ikinci eşelonlarından istifadə edir.

🔸 Skadovsk istiqamətində əlavə bölmələrin irəliləyişi qeydə alınıb.

🔸 Ağır döyüşlər nəticəsində Milli Qüvvələr bölmələri düşmənin irəliləyişini dayandırıb və mövqelərini qoruyub saxlayıblar.

🔸 Şçastya kəndi yaxınlığında Severski Donets çayı üzərindən keçən körpü dağıdılıb.

🔸 Dəniz hissələri Kalmius çayının sağ sahilində mövqeyini möhkəmləndirməyi bacarıb.

🔸 Mexanikləşdirilmiş bölmələrin digər bölmələri təmas xətti boyunca müəyyən məntəqələrdə möhkəmləniblər.

🔸Bizim hava hücumundan müdafiə sistemimiz bu gün Rusiya Hava Qüvvələrinin bir neçə ballistik raketini və ən azı iki təyyarəsini məhv edib.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button