Bizim tərcümə

Ukraynada 10 milyon insan işıqsız qalıb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-11-18 08:32:32

“Hazırda 10 milyondan çox ukraynalı işıqsız qalıb”, – deyən Zelenski vəziyyətdən ən çox Odessa, Vinnitsa, Sumi və Kiyevin təsirləndiyini bildirib.

Zelenski bildirib ki, elektrik kəsilməsini düzəltmək üçün “hər şeyi edirik”.

Saytların yığılması Saytlarin yigilmasi

AFP-nin Ukraynanın müxtəlif şəhərlərindəki müxbirləri bildiriblər ki, Kiyev rəsmiləri “çətin” günlər barədə xəbərdarlıq etdikdən sonra son hücumlar bu mövsümün ilk qarına təsadüf edib.

Rusiya çərşənbə axşamı Ukraynanın ağır bombardmanlarından sonra çərşənbə günü bir neçə şəhərə raket zərbələri endirib; Enerji obyekti, raket zavodu və bəzi mülki binaların hədəf alındığı bildirilir.

Ukrayna prezidentliyi ölkənin cənubundakı Zaporojye şəhəri yaxınlığındakı Vilnyanskda yaşayış binalarına raketin düşməsi nəticəsində 7 nəfərin öldüyünü açıqlayıb.

Rəsmilərin sözlərinə görə, şərqdə qaz istehsalı müəssisəsi və Dneprdəki raket zavodu da son hədəflər arasındadır.

MOSKVA Kiyevi günahlandırır

Moskva Kiyevi danışıqlara “istəksiz” olmaqda ittiham edir.

Ukraynanın ən böyük şəhərlərindən biri olan Zaporojyenin şimalında yerləşən Dnepr də cümə axşamı hədəf alınan şəhərlər arasında olub.

Baş nazir Denis Şmihal raket istehsal edən Pivdenmaş fabrikinin hücuma məruz qaldığını bildirib.

Digər bir rəsmi isə şəhərin bombalanması nəticəsində 23 nəfərin yaralandığını açıqlayıb.

BBC son mülki itkiləri müstəqil olaraq təsdiq edə bilməyib.

Bildirilir ki, Zaporojyanın cənub-qərbindəki Nikopol şəhəri ətrafına 70 artilleriya mərmisi düşüb və minlərlə ev işıqsız və susuz qalıb.

“Naftoqaz” dövlət enerji şirkəti bildirib ki, Ukraynanın şərqindəki qaz hasilatı obyektləri “böyük hücuma” məruz qalıb.

Cənubda Odessa və şimalda Xarkovda infrastruktura hücumların olduğu, dinc əhalinin yaralandığı da bildirilib.

Paytaxt Kiyevdə də hava hücumları ilə bağlı xəbərdarlıq sirenləri səsləndirilib. Yerli vaxtla saat 08:00 radələrində mobil telefonlardan Ukrayna ərazisinə yeni raket hücumu barədə xəbərdarlıqlar göndərilib.

Prezident Zelenski deyib ki, Rusiya ukraynalılara “mümkün qədər çox ağrı və əzab” verərək sülh istəmir.

Çərşənbə axşamı Rusiyanın onlarla uzaqmənzilli raketlərin və ağır mərmilərin daxil olduğu irimiqyaslı hücumundan sonra ukraynalıların hava hücumu xəbərdarlığından daha ehtiyatlı olduqları bildirilir.

POLŞA NARAHATLARA SƏBƏB OLUR

Həmin gün sərhədə yaxın Polşa kəndinə raketin düşməsi iki nəfərin ölümü ilə nəticələndi və bu, müharibənin təhlükəli alovlanmasından narahatlıq doğurdu.

Prezident Zelenski raketin Rusiya tərəfindən buraxıldığını israr etsə də, Kiyevin müttəfiqləri onun Ukraynanın hava hücumundan müdafiə sistemlərinə aid olduğunu bildirib.

Lakin NATO-nun baş katibi Yens Stoltenberq deyib ki, müharibənin başlamasında ilk növbədə Moskva günahlandırılmalıdır.

Çərşənbə axşamı Rusiya tərəfindən atılan raketlərin bir çoxu ələ keçirilsə də, bəzilərinin infrastruktur hədəflərini vurduğu və Ukraynanın enerji ehtiyatlarına ziyan vurduğu bildirilir.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Mark Milley xəbərdarlıq edib ki, Kiyevin qısa müddətdə Rusiyanın işğal etdiyi bütün əraziləri geri almaqla müharibədə qalib gəlmək şansı “hərbi baxımdan yüksək deyil”.

Milley bildirib ki, Rusiyanın geri çəkilmək qərarına gəldiyi “siyasi həll” ola bilər və “işğalçı güc yerdədir”.

Son günlər Ukraynanın cənubundakı Xerson şəhərini geri aldıqdan sonra Ukrayna tərəfində nikbinlik hökm sürür.

Cümə axşamı günü həmçinin elan edilib ki, Ukrayna taxılının Qara dənizdə daşınaraq ixracına icazə verən Taxıl Dəhlizi sazişi daha 120 gün müddətinə uzadılıb.

BMT və Türkiyənin vasitəçiliyi ilə əldə olunan razılaşma son aylarda milyonlarla ton məhsulun Ukraynadan kənara daşınması ilə qlobal ərzaq təhlükəsizliyi ilə bağlı narahatlıqları azaldıb.

Müqavilə iyul ayında qüvvəyə minməzdən əvvəl Rusiya Ukraynanın Qara dəniz limanlarını bağlayıb, taxıl ixracına mane olub.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button