Loading...
Loading...
Gündəm

Ukraynada azərbaycanlı ailənin 3 üzvü aviazərbə nəticəsində öldü

Ukraynanın Xerson şəhərində yaşayan azərbaycanlı ailə faciə ilə üzləşib. 

Məlumata görə, əslən Cəbrayılın Balyand kəndindən olan Qoşqar Fərzəliyevin həyat yoldaşı və iki övladı Xerson şəhərinə endirilən aviazərbələr nəticəsində dünyasını dəyişib.

Qoşqar Fərzəliyevin yaxınları modern.az-a bildiriblər ki, onun qızı Sabina və oğlu Zaur hadisədən əvvəl şəhərin yaxınlığında olublar. 

Natalya Fərzəliyeva övladlarını götürmək üçün maşınla ora yollanıb. Bir qədər getmiş onların olduğu avtomobil aviazərbəyə məruz qalıb.

Hadisə zamanı Qoşqar Fərzəliyevin həyat yoldaşı Natalya Fərzəliyeva və övladları həlak olub.

Q. Fərzəliyev həmin vaxt orada olmayıb.

Sabina Fərzəliyeva ötən il universiteti bitirib, qardaşı Zaur isə tələb idi. Onlar Ukrayna vətəndaşları olublar.

24saat.org” “Ukraynada azərbaycanlı ailənin 3 üzvü aviazərbə nəticəsində öldü” başlıqlı yazını “Arqument”ə istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Rusların Xarkovun mərkəzini raketlə vurması kameraya düşüb - VİDEO

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button