2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Ukraynada döyüşlər yenidən başladı

Ötən sutka ərzində Donbasda bir ukraynalı döyüşçü həlak olub, daha 11 əsgər yaralanıb.

Virtualaz.org “İnterfaks-Azərbaycan”a istinadən bildirir ki, bu məlumatı Antiterror əməliyyatları üzrə prezident administrasiyasının spikeri Aleksandr Motuzyanik verib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, əməliyyat bölgəsində vəziyyət kəskinləşib, ukraynalı döyüşçülərin mövqeləri istiqamətində 300 mina və 160 artilleriya mərmisi atılıb.

“Bu gün əminliklə demək olar ki, atəş intensivliyi 2015-ci ilin avqustunda olduğu kimidir”, – spiker bildirib.

O əlavə edib ki, Luqansk istiqamətində atəşkəs yalnız Popasnyansk rayonunda qeydə alınıb.

Ən gərgin vəziyyət isə Donetsk istiqamətindədir. Burada qarşı tərəf Zaytsevo yaşayış məntəqəsindən Donetsk hava limanına qədər olan ərazilərdən atəş açıb. Zərbələrin əsasən sutkanın qaranlıq vaxtı vurulduğu bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button