Dünya

Ukraynanın şərqində ağır döyüşlər gedir

Ukrayna qüvvələri ölkənin şərqində Rusiyanın çoxsaylı hücumlarını dəf ediblər. Moskva isə Ukraynada enerji infrastrukturunu hədəfə alır, elektrik və qaz təchizatında fasilələrə səbəb olur.

Silahlı Qüvvələrin Baş Qərargahının noyabrın 18-də yaydığı məlumata görə, şərqi Donetsk və Luqansk vilayətlərində səkkiz yerdə Rusiyanın hücumları dəf olunub.

Prezident Volodimir Zelenski noyabrın 18-də gecə müraciətində deyib ki, Rusiyanın son raket zərbələrindən sonra 10 milyon ukraynalı elektriksiz qalıb.

Zərbələrdə azı yeddi nəfər öldürülüb, bu sayın artacağı gözlənilir.

“Təchizatı normallaşdırmaq üçün hər şeyi edirik”,Zelenski bildirib.

Prezidentin sözlərinə görə, Ukraynanın havadan müdafiə sistemi altı qanadlı raketi və beş dronu vura bilib.

Rusiya noyabrın 17-də Ukraynanı raket atəşinə tutub, enerji obyektləri və mülki binalara zərbələr endirib. Bundan iki gün öncə müharibə başlayandan bəri ən ağır bombardmanlardan biri həyata keçirilmişdi.

Ancaq ölkənin mərkəzində istehlakçıların 70 faizinin elektriklə təchizatının bərpa olunduğu bildirilir. Xerson vilayətindən çıxan Rusiya qüvvələrinin basdırdığı minaların işi yubatdığı xəbər verilir.

Xersonda üzərində işgəncə izləri olan 63 meyit aşkarlanıb. Bu açıqlamanı Daxili işlər naziri Denis Monastırskı verib.

Ölkənin aparıcı insan haqları təhqiqatçısı isə noyabrın 17-də yaydığı videoda Rusiya qüvvələrinin Xersonda işgəncə kamerasının görüntüləndiyini bildirib. Kadrda kiçik otaqda eyni vaxtda 25 nəfərin saxlandığı deyilir.

Parlamentin insan haqları komissarı Dmitro Lubinets həmin videonu sosial mediada paylaşıb.

24 saat” “
Ukraynanın şərqində ağır döyüşlər gedir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  SON DƏQİQƏ | Həmin ölkədə fəlakətli hadisə: Binada yanğın olub... Ölən və yaralananlar çoxdur! Bayram təfərrüatı diqqət çəkir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button