Bizim tərcümə

Ukraynanın silahlanmaya təsiri: Avropada tələbat partladı ABŞ silah sənayesi qalib gəldi

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2023-03-14 08:00:26

class=”medianet-inline-adv”>

Baş ofisi İsveçdə yerləşən Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2022-ci il silah ticarəti hesabatında maraqlı məlumatlar diqqətə çatdırılıb. Ötən il Ukrayna müharibəsi səbəbindən Avropa ölkələrindən silah idxalı iki dəfə artıb.

Saytların yığılması Saytlarin yigilmasi

UKRAYNA FAKTÖRÜ

– Keçən ilə qədər ən çox silah göndərilən ölkələr sırasında olmayan Ukrayna Qətər və Hindistandan sonra üçüncü yerə yüksəlib. Hesabata görə, Ukrayna müharibəsi səbəbindən Avropadan silah idxalı 2022-ci ildə əvvəlki ilə nisbətən 93 faiz artıb. Bu artımın bu il də davam edəcəyi gözlənilir. Ötən il Avropada silah daşınmasının 31 faizi Ukraynaya gedib.

FƏRQİ AMERİKA AÇDI

– Silah alışlarının əksəriyyəti ABŞ-dan həyata keçirildiyi halda, ABŞ silah ixracatında bir nömrəli olmağa davam etdi. SIPRI hesabatında ölkələrin silah idxal və ixrac payları iki 5 illik dövr, “2018-2022” və “2013-2017” üzrə müqayisə edilib. Buna uyğun olaraq, “2018-2022” dövründə qlobal silah ixracatında ilk 5 ölkə ABŞ, Rusiya, Fransa, Çin və Almaniyadır. Bu reytinq “2013-2017” dövründən heç də fərqlənməyib.

class=”medianet-inline-adv”>

100 MİLYARD DOLLAR

– Bununla belə, Rusiyanın silah ixracındakı payının “2018-2022” dövründə “2013-2017” dövrü ilə müqayisədə 31 faiz azaldığı, ABŞ-ın isə 14 faiz artdığı müşahidə edildi. “2018-2022” dövründə silah ixracatındakı payı 40 faizə yüksələn ABŞ rəqibləri ilə fərqi açıb.

– İki dövrdə bu ilk 5 ölkə arasında müdafiə ixracat payında ən böyük artım yüzdə 44 ilə Fransa oldu. SIPRI araşdırmasına görə, keçən il qlobal silah ticarətinin dövriyyəsi 100 milyard dolları keçdiyi halda, 2022-ci ildə ümumi hərbi xərclər ilk dəfə olaraq 2 trilyon dolları ötüb.

TÜRKİYƏNİN PAYI ARTIB

SIPRI-nin 2022-ci il hesabatına görə, Türkiyənin qlobal silah ixracatındakı payı 0,5 faiz artıb. Türkiyənin ən böyük müştərisi isə yüzdə 20 payla Qətər olub. Bu ölkəni 17 faizlə BƏƏ, 13 faizlə Oman izləyib. Qlobal silah ixracının payı “2018-2022” dövründə “2013-2017” dövrü ilə müqayisədə 69 faiz artıb. Qlobal silah idxalının payında Türkiyənin payı “2018-2022” dövründə “2013-2017” dövrü ilə müqayisədə 49 faiz azalıb. Türkiyənin NATO müttəfiqi ABŞ-dan silah alışı əhəmiyyətli dərəcədə azalıb. 2013-cü ildə ABŞ-ın 7-ci ən böyük müştərisi olan Türkiyə 27-ci yerdə qərarlaşıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button