2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Universitetlərimizin beynəlxalq reytinq problemi: nazirlik susur, ekspert “biabırçılıqdır” deyir

“Bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir”

Dünya üzrə ən yaxşı universitetlərin reytinqi (QS World University Rankings) açıqlanıb. “Report”un məlumatına görə, Britaniyanın “Quacquarelli Symonds Koncalting” şirkətinin hazırladığı reytinqdə Azərbaycanın cəmi iki universiteti yer alıb. Belə ki, siyahıda yalnız Bakı Dövlət Universiteti və Xəzər Universitetinin adı var. Lakin həmin ali məktəblər də reytinqin ən aşağı pillələrində – sonuncu yüzlüklərdə qərarlaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Reytinqə ABŞ-ın üç ali məktəbi – Massaçusets Texnologiya İnstitutu, Stenford Universiteti və Harvard Universiteti liderlik edir. Rusiyadan 24, Türkiyədən 11, İrandan isə 2 universitet bu siyahıya düşə bilib. Reytinq siyahısında Ermənistanın və Gürcüstanın ali təhsil ocaqları yer almayıb.

“Report” Azərbaycan Təhsil Nazirliyindən bu qədər zəif nəticə ilə bağlı məsələyə münasibət öyrənmək istəyib, lakin onlar “Bununla bağlı müvafiq ali təhsil müəssisələrinə müraciət etməyiniz xahiş olunur” cavabını verib.

Təhsil eksperti Kamran Əsədov isə “Report”a açıqlamasında məsələni şərh edib. O xatırladıb ki, hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsi fəaliyyət göstərir: “Bu təhsil oclaqlarında 165 minə yaxın tələbə təhsil alır. Hər il qəbul planı yerinin 40 minə yaxın olduğunu nəzərə alsaq, təəssüf ki, ali məktəblərin qəbul etdikləri tələbələri peşəkar kadr kimi hazırlaya bilmirlər.

Dünya reytinq siyahısında universitetlər yüksək bal alanda bir neçə xüsusiyyətlər nəzərə alınır. Bura universitetin kampusunun, yataqxanasının, kitabxanasının və elmi bazasının olması daxildir. Ölkədə fəaliyyət göstərən 50-ə yaxın ali təhsil müəssisəsində sadalananlar yoxdur. Yataqxanası olan universitetlərin ya yataqxanaları yararsız vəziyyətdədir, ya da bütün tələbə kontingentini əhatə edə bilmir. Ona görə də bu xüsusiyyət üçün bal alma göstəricisi aşağıdır.

Digər səbəb isə universitetlərdə çalışan və sayı heç də az olmayan elmlər doktoru, elmlər namizədi və ya elmi ad alan şəxslərin tədqiqat apardıqları elmi sahələrin, elmi mövzuların dünya əhəmiyyətli olmamasıdır. Yəni, bizim elmi işlərimizə müraciətin çox aşağı səviyyədə olmasıdır. Çünki Azərbaycanda elmi tədqiqat işlərinin çox hissəsi lokal xarakterli daşıdığından dünyada əhəmiyyəti olmayan mövzular olur. Ona görə də bizim elmlə məşğul olan insanların xarici jurnallarda məqalələri çox az saydadır.

Digər başqa səbəb isə universitetə xarici tələbə axınının az sayda olmasıdır. Misal olaraq, Sinqapurda oxuyan xarici tələbələrin sayı 80 min nəfərdir. Azərbaycanda isə 54 ali təhsil müəssisəsinə oxumağa gələn xarici tələbələrin sayı 2 min nəfərdir.

Təəssüf ki, bizim bəzi universitetlərin idarəçiliyi kolxoz idarəçiliyindən o tərəfə getmir. Yəni, bəzi universitetlərin rektoru təhsil ocağını şəxsi biznesləri kimi idarə edirlər. Onlar universitetlərin beynəlxalq reytinq siyahısına düşməsində, yaxud hansısa elmi tədqiqatlarının aparılmasında maraqlı deyillər. Özəl universitetlərin əksəriyyətində isə qapıçıdan tutmuş xadiməyə qədər hamısı qohumlarıdır. Azərbaycandakı ali təhsil müəssisələrinin çoxu dörd divar və partalardan ibarətdir. Hətta bəzilərinin heç kitabxanası da yoxdur. Ölkədəki universitetlərin hansısa reytinqin 500-lüyünə düşməməşi biabırçılıqdır. Əksər rektorlar bunda maraqlı deyil. Əgər universitetlər dövlət büdcəsindən maliyyə almayıb öz şəxsi hesabına dolansa, gələcəkdə nüfuz qazana bilərlər”.

Azərbaycan Texniki Universitetindən (AzTU) “Report”un sorğusuna cavab olaraq bildirilib ki, hazırda Fransa və Almaniya reytinq şirkətləri ilə əməkdaşlığı mövcuddur: “Mütəmadi olaraq bu şirkətlərin yayım vasitələrində AzTU-nun reytinqi göstərilir. “Quacquarelli Symonds Koncalting” şirkəti ilə əməkdaşlığa gəlincə, qeyd etmək istərdim ki, hər universitetin əməkdaşlıqda maraqlı olduğu şirkətlər var. “Quacquarelli Symonds Koncalting” şirkəti ilə hazırda əməkdaşlığımız yoxdu. Lakin bu məsələ AzTU-nun rektor əvəzi Xalıq Yahudovla Böyük Britaniyanın ölkəmizdəki səfiri arasında keçirilən görüşdə müzakirə olunub. Şirkətlə əməkdaşlığın səmərəliliyi araşdırılır”.

Azərbaycan Dillər Universitetindən (ADU) sorğuya cavab olaraq qeyd olunub ki, ADU keçən il üçün həmin şirkətin siyasında yer alıb.

Universitetdən o da bildirilib ki, bu ilin siyahısından məlumatlı deyillər və siyahının şirkət tərəfindən tərtib olunduğunu əlavə ediblər.

Bakı Dövlət Universitetindən (BDU) isə “Report”a bildirilib ki, ali təhsil müəssisəsi artıq bir neçə ildir anoloji şəkildə bu reytinqdə yer alıb: “Reytinqin tərtib olunmasında bir neçə meyar – akademik aləmdən olan ekspertlərin rəyi, professor-müəllim heyətinin tələbələrin sayına nisbəti, işəgötürənlər arasında reputasiyası, sitat gətirilmə indeksi, həmçinin xarici müəllim və tələbələrin payı nəzərə alınır. BDU dövlət universitetləri arasında bu reytinqə düşən yeganə təhsil müəssisəsidir”.

Digər ali təhsil müəssisələrindən sorğuya münasibət bildirilməyib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button