2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Uşaqların yaşamaq hüququ təmin edilmir

 

Yusif Bəkirov: “Hətta pulsuz təhsil imkanı da yoxa çıxıb”

Saytların yığılması Saytlarin yigilmasi

Bu gün uşaqları beynəlxalq müdafiə günüdür. Deməli, gələcəyimiz olan uşaqların müdafiəsi təkcə bir region və ölkədə deyil,  dünya üzrə qeyd edilir. Maraqlıdır, görəsən, ölkəmizdə uşaqların hazırda hansı problem və qayğıları var ki, onlar hələ də bütünlüklə həllini tapmayıb?!

Uşaq Hüquqlarını Müdafiə Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, öncə uşaqların yaşamaq hüququ təmin edilməlidir. Bundan başqa,  Uşaq Hüquqları Konvensiyasındaki 38 maddə bir-biriylə əlaqəli olduğundan, onların  hamısı usaqların taleyilə  birbaşa bağlıdır:

“Öncə uşaqların yaşamaq hüququ təmin edilməlidir. Bu sahədə vəziyyət qənaətbəxş deyil. Bizdə uşaqların  sosial həyat səviyyəsi olduqca aşağıdır.  Ölüm halları çoxdur. Bu kimi problemlərə görə ölkəmiz  ən yaxın qonşumuz olan Gürcüstandan geri qalır. Uşaqların gündəlik yaşam tərzi dünya standartlarından çox aşagıdır. Qidalanmaq, geyim və sağlamlıq problemləri yetərli deyil. Hətta pulsuz təhsil imkanı da yoxa çıxıb. Dövlət orta təhsil müəssisələrində repetitor xidmətindən istifadə olunursa, bunun nəyi pulsuz təhsildir?! Azərbaycanda uşaqların hamısının yuksək həyat tərzi, təhsil, sağlamlıq, qayğı və nəvazişlə  əhatə olunduğunu demək sadəlövhlükdür”.

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button