2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Uşaqların zehni inkişafı üçün faydalı ədviyyat

Aparılan araşdırmalarda məlum olub ki, darçın yaddaşı gücləndirib zehni qabiliyyəti artırır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Çikaqo şəhərindəki Ruş Universitetinin Tibb Mərkəzinin tədqiqatçıları laboratoriya şəraitində siçanlar üzərində təcrübə aparıb. Tədqiqat qrupu siçanlara mütəmadi olaraq darçın verib. Nəticədə məlum olub ki bu gözəl qoxulu ədviyyat siçanların öyrənmə qabiliyyətinin artırır.

Araşdırmaya rəhbərlik edən həkim Kalipada Pahan darçının “CREB” adlı zülalın artmasına, dolayısı ilə yaddaş və zehni inkişaf üçün böyük rol oynadığını bildirib. Onun sözləri görə, qavrama qabiliyyəti aşağı olan insanlarda həmin zülal aşağı səviyyədə olur. Pahan “Darçının qavrama qabiliyyəti aşağı olan şagird və tələbələr üzərində də oxşar nəticələr verəcəyini düşünürük. Bunun üçün işlərimiz davam edir” , – deyə bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Araşdırma “Journal of Neuroimmune Pharmacology” jurnalında dərc olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button