2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Üzbəüz görüşdə Ərdoğan Trampla nələrdən danışacaq?

Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan 16 mayda ABŞ prezidenti Tramp ilə Dəyirmi ofisdə üz-üzə görüşəcək. Görüşdə ABŞ-ın YPG-yə silah yardımı, Suriya-İraq problemi, Gülənin qaytarılması, Atilla və Zarrabın cinayət işi və Rusiyadan alınacaq uzun mənzilli hava müdafiə sistemi S-400 məsələləri müzakirə olunacaq.

ABŞ prezidenti Donald Trampın YPG-yə ağır silah verilməsi qərarını təsdiqləməsindən sonra Vaşinqton- Ankara münasibətlərində gərginlik yaşanarkən, diqqət prezident Rəcəb Tayyib Ərdoğanın bu ölkəyə ziyarətinə çevrilib. ABŞ Ərdoğanı ən yüksək səviyyədə qəbul edəcək.
Prezident Ərdoğan ziyarəti boyunca “Blair House”da qalacaq. Ağ Evin qarşısında yer alan “Blair House” əhəmiyyətli xarici qonaqların qəbul edildiyi iqamətgah olaraq bilinir. Tramp Ərdoğanı 16 mayda Dəyirmi Ofisdə qəbul edəcək. Üz-üzə görüşdən sonra heyətlərarası danışıqlara keçiləcək. İki lider daha sonra birgə mətbuat konfransı təşkil edəcək.

Saytların yığılması Saytlarin yigilmasi

Ərdoğan-Tramp görüşündə bir çox kritik məsələlər müzakirə olunacaq. Bu məsələlər arasında ABŞ-ın Suriyada YPG-yə silah verməsi ilə bağlı müzakirə prioritet sayılır. Ərdoğan tərəfindən bu dəstəyin yanlış olduğu, YPG-yə silah dəstəyinin NATO-nun müttəfiqi Türkiyəni təhdid etdiyi mesajının veriləcəyi gözlənir. YPG-nin terror təşkilatı PKK-nın qolu olduğunu sübut edən görüntü və sənədlərdən ibarət bir fayl da Trampa çatdırılacaq. Planlaşdırıldığına görə, Suriya və İraq məsələsi ilə bağlı müzakirədə Astanada qərarlaşdırılan təminatlı bölgələr haqqında razılıqdan sonra Suriyada keçid prosesi, Rakka və Mümbiç əməliyyatlarının gələcəyi danışılacaq. YPG-nin Türkiyə və Suriyada Azad Suriya Ordusu ilə qarşı-qarşıya gəlməməsi üçün ABŞ-dan zəmanət istənəcək. Suriyadakı sünni və Ərəb ünsürlərin təlimi və bunlara hərbi dəstək verilməsi də gündəmə gətiriləcək. Ərəblərin Mosul əməliyyatı və İraqın gələcəyi də gündəmdə yer alacaq.

Fəthullah Gülənin qaytarılması də əhəmiyyətli müzakirə mövzusu olacaq. Ərdoğanın Gülənin müvəqqəti olaraq həbs olunması və inzibati tədbir görülməsi üzərində israrla dayanacağı bildirilir. Gündəmdəki məsələlər arasında “Halkbank”ın direktor müavini Mehmet Hakan Atillanın həbsi və haqqında 4 fərqli cinayət üzrə 75 il həbs cəzası istənən İran əsilli Türk vətəndaşı Reza Zarrabın vəziyyəti də var. Rusiyadan alınacaq uzun mənzilli hava müdafiə sistemi S-400-lə bağlı məsələ də müzakirə olunan mövzular sırasına daxildir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button