2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Uzun müddət suda qalan əllər niyə büzüşür?

Büzüşmə səbəbinin dərimizin məsaməli xüsusiyyətindən deyil, yaş obyektləri daha yaxşı dərk edə bilmək üçün olduğu müəyyənləşdirilib.

İngiltərədəki Nyukastl Universitetindən olan elm adamlarının araşdırması uzun müddət mayedə qalan və formasını dəyişmiş əllərdən bəhs edir.

24saat.org deyerler.org-a istinadən bildirir ki, araşdırmaçılardan olan Smalders və qrupu, könüllülərdən əvvəl quru əlləri ilə fərqli ölçülərdəki yaş diyircəkləri tutmalarını istədilər. Daha sonra araşdırmaçılar könüllülərə bu prosesi əllərini 30 dəqiqə isti suda saxlandıqdan sonra təkrar etdirdi. İştirakçıların barmaqları büzüşmüş halda yaş diyircəkləri daha tez tutduqları görülüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bioloqlar, daha əvvəl suda uzun müddət qaldıqda əl və ayaqların büzüşməsinin səbəbinin suyun dərini şişirtməsindən irəli gəldiyini düşünürdülər.

Sözügedən araşdırma sayəsində, bu prosesin sinir sistemi tərəfindən hərəkətə keçdiyi və qan damarlarının büzüşməsindən irəli gəldiyi aydın oldu.

Smalders, sinir sisteminin, bir müddət yaş qaldığını dərk etməsindən sonra barmaq uclarındakı qan damarlarını daha incə hala gətirdiyini, barmaqların həcminin azaldığını, ancaq eyni ölçüdə qaldığı üçün dərinin yığıldığını bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button