2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

Vəkil inzibati həbsdə olan cəbhəçilərlə görüşüb

Vəkil Əsabəli Mustafayev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) oktyabrın 7-də Milli Şuranın mitinqi ərəfəsində inzibati qaydada həbs edilən 6 fəalı ilə görüşüb.

Onlardan Ramid Nağıyev, Yalçın Abdullayev, Ruslan Nəsirli, Məhərrəm Rzayev və Fizuli Hüseynov Bakının Binəqədi rayonundakı Müvəqqəti Saxlanma Təcridxanasında, Cabbar Savalanlı Sumqayıt şəhər Polis İadarəsinin müvəqqəti saxlanma kamerasında saxlanılır.

Saytların yığılması Saytlarin yigilmasi

Vəkil bildirib ki, həbs olunanların hamısı standart hüquqpozmalarda, – “küçədə yüksək səslə telefonda söyüş söyməkdə, polis əməkdaşları onları ictimai asayişə riayət etməyə çağırdıqda isə tabe olmamaqda”, – ittiham olunur.

Beş fəal 25-30 sutka və Cabbar Savalanlı isə İnzibati Xətalar Məcəlləsinin 510.1-ci (kiçik xuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 10 gün müddətinə həbs edilib.

Mustafayevin sözlərinə görə, fəalların əksəriyyəti ya polisə çağırılaraq saxlanılıb, ya da evlərindən aparılıb.

Vəkil bütün işlər üzrə apellyasiya şikayəti verib.

O bildirib ki, Binəqədi təcridxanasında məhbuslar sıx şəraitdə saxlanılır. Beş nəfərlik kameralarda 9-11 nəfər saxlanılır. Çoxları yerdə yatmaq məcburiyyətində qalır. Bundan başqa, məhbuslar üçün evdən gətirilən yeməkləri qəbul etmirlər, keyfiyyətsiz yeməkləri yeməyə məcbur edirlər.

AXCP fəalı Fizuli Hüseynov siyasi məhbusların azad edilməsi tələbi ilə təcridxanada aclıq elan edib.

Yalçın Abdullayev oktyabrın 3-də 200 manat cərimə olunub və apellyasiya şikayəti verib. Növbəti gün apellyasiya şikayəti verdiyinə görə başqa ittihamla həbs edilib.

Vəkil həmçinin bildirib ki, yaxın gələcəkdə Avropa İnsan Hüquqları Məhkəməsinin Cabbar Savalanlının əvvəlki illərdə həbsləri ilə bağlı şikayətləri üzrə qərar çıxarması gözlənilir.

Xatırladaq ki, oktyabrın 7-də “Korrupsiyaya yox, siyasi məhbuslara azadlıq” şüarı ilə keçirilən mitinq Demokratik Qüvvələrin Milli Şurası tərəfindən təşkil olunmuşdu.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button