2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vəkil: “Sevinc Vaqifqızının saxlanıldığı kameranı su basıb” |

“Mənə dedi ki, kamerada istilik yoxdur”

“AbzasMedia”nın həbsdə olan baş redaktoru Sevinc Vaqifqızı (Abbasova) saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasındakı şəraitdən narazıdır.

Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

Saytların yığılması Saytlarin yigilmasi

Bildirib ki, Sevinc Vaqifqızının saxlanıldığı kamerada vəziyyət acınacaqlıdır:

“Mənə dedi ki, kamerada istilik yoxdur. Azmış kimi istilik sisteminin borularının partlaması nəticəsində kameranı su basıb”.

Vəkil həmçinin bildirib ki, martın 19-da Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmar Rəhimovun sədrliyi ilə Sevinc Vaqifqızı barəsində həbs-qətimkan tədbirinin uzadılması ilə bağlı Xətai Rayon Məhkəməsinin qərarından verilən apelyasiya şikayətinə baxılıb. Gözlənildiyi kimi şikayət təmin olunmayıb.

Penitensiar Xidmətdən jurnalistin şikayəti ilə bağlı münasibət öyrənmək mümkün olmayıb.

2023-cü il noyabrın 21-də həbs edilən Sevinc Vaqifqızına qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. O, ittihamları qəbul etmir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu söyləyir.

Ötən ilin sonundan başlayaraq Azərbaycanda 10-dan artıq jurnalist həbs olunub.

“AbzasMedia” işində öncə saytın direktoru Ülvi Həsənli, direktor müavini, ictimai fəal Məhəmməd Kekalov, baş redaktoru Sevinc Vaqifqızı həbs edilib.

Bundan sonra isə araşdırmaçı jurnalist Hafiz Babalı, reportyorlar Nərgiz Absalamova və Elnarə Qasımova həbs edilib.

Onların hər biri Cinayət Məcəlləsinin 206.3.2-ci (bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. Bu maddə ilə onlara 5 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Jurnalistlər həbslərini sırf peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Martın 6-da isə polis “Toplum TV”-nin ofisinə basqın edib, ofisdə, saytın bir neçə əməkdaşının evində, o cümlədən III Respublika Platformasının ofisində axtarış aparılıb. III Respublika Platformasının ofisindən 30 min avro, sayt əməkdaşlarının evlərindən isə 2700, 3100, 20000 avro pul vəsaiti tapıldığı bildirilib.

Saxlanılanlardan Akif Qurbanova, Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Martın 8-də isə hüquqşünas, “Toplum TV”-nin təsisçilərindən olan Ələsgər Məmmədli mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb. Həmin gün polis III Respublika Platformasının Qurucu Heyətinin üzvü Ruslan İzzətlini də saxlayıb. Hər ikisinin evində axtarış aparılıb. Ələsgər Məmmədlinin evindən 7300 dollar tapıldığı iddia edilib.

Ruslan İzzətlinin həyat yoldaşı Günel Manaflı onların evindən də “pul tapıldığını” qeyd edib. Bu işlə bağlı saxlanılanlardan Ələsgər Məmmədli (“Toplum TV”-nin təsisçisi), Müşfiq Cabbar (“Toplum TV”), Akif Qurbanov (III Respublika Platforması), Ruslan İzzətli (III Respublika Platforması), Ramil Babayev (Demokratik Təşəbbüslər İnstitutu), İlkin Əmrahov (Demokratik Təşəbbüslər İnstitutu), Əli Zeynala (Demokratik Təşəbbüslər İnstitutu) Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq – qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Özləri ittihamı qurama sayırlar.

Xural

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button