2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Vəkil Sümbülə Əliyeva yenə öz məhkəməsinə gəlmədi

Yayımlandı: 27 Fevral 2023 15:54

Onun haqqında cinayət işi iki ilə yaxındır ki, məhkəmədədir

Prezident İlham Əliyevin mərhum əmisi Cəlal Əliyevə jurnalistlərlə məhkəmə çəkişmələrində vəkillik etmiş Sümbülə Əliyeva özü hazırda ev dustaqlığındadır. Xeyli vaxtdır öz işi üzrə məhkəmə iclaslarına getməyən Sümbülə Əliyeva haqqında məcburi gətirilmə qərarı çıxarılmış və məhkəmə iclası fevralın 27-nə təyin olunmuşdu. Lakin fevralın 27-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən Məhkəmə iclasında məlum olub ki, Sümbülə Əliyeva bu dəfə də məhkəməyə gəlməyib. O, məlumat göndərib ki, səhhətində problemlər var, bu səbəbdən iştirak edə bilmir.

Saytların yığılması Saytlarin yigilmasi

Sümbülə Əliyeva Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israfetmə), 213-cü (vergiləri, məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələrilə ittiham olunur. Cinayət işinin materiallarına əsasən, o, əvvəlki 1 saylı hüquq məsləhətxanası, indiki “Mərkəz” vəkil bürosuna rəhbərlik etdiyi dövrdə oranın üzvü olan vəkillər vergi və sosial sığorta haqlarını ödəsələr də, həmin vəsaitlər təyinatı üzrə köçürülməyərək mənimsənilib. Ona görə Dövlət Vergi Xidməti və Dövlət Sosial Sığorta Fondu bu cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb. Cinayət işində söhbət 200 minə yaxın vəsaitin mənimsənilməsindən gedir.

Onun haqqında cinayət işi iki ilə yaxındır ki, məhkəmədədir. Əvvəl iş Eldar Mikayılovun sədrlik etdiyi hakimlər kollegiyasında olub. Hətta məhkəmə prosesinin əvvəlində Sümbülə Əliyeva haqqında həbs qətimkan tədbiri də seçilib. O, təxminən bir həftə həbsdə saxlandıqdan sonra ev dustaqlığına buraxılıb.

Eldar Mikayılov təqaüdə göndəriləndən sonra bu işin məhkəmə araşdırması Mahmud Ağalarovun sədrlik etdiyi hakimlər kollegiyasına həvalə olunub.

Məhkəmədə dindirilən “Mərkəz” vəkil bürosunun üzvü olan vəkillər Sümbülə Əliyevanı ittiham edib, ondan pullarını tələb ediblər.

Lakin Sümbülə Əliyeva özünü təqsirli bilmir, ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu deyir.

O, hazırda səhhətində ciddi problemlər olduğunu vurğulayaraq, belə bir vəziyyətdə barəsində məcburi gətirilmə qərarı çıxarılmasını da düzgün saymır. Deyir ki, son dövrlərdə iki dəfə ağır əməliyyat keçirib, məhkəməyə bu haqda bildiriş də göndərib: “İki əməliyyat keçirən adam məhkəmədə necə iştirak edə bilər?!”

Sümbülə Əliyeva vəkil bürosunun rəhbəri olmaqdan əlavə, həm də uzun müddət Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü olub. İctimai-siyasi fəalları müdafiə edən vəkillərdən Yalçın İmanov və digərlərinin Kollegiya üzvlüyündən xaric olunması üçün çıxış edib, buna səs verənlərdən biri də məhz Sümbülə Əliyeva olmuşdu.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button