2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Vəkillik: ilk sınaqdan 607 nəfər keçib

Dövlət İmtahan Mərkəzi Vəkillər Kollegiyasına üzvlük üçün keçirilmiş test imtahanının nəticələrini açıqlayıb. Yanvarın 28-də Vəkillər Kollegiyası ilə birgə təşkil olunan imtahanda 607 nəfər uğur qazanıb.

Rəsmi məlumata görə, Vəkillər Kollegiyasına üzv olmaq üçün 1966 namizəd qeydiyyatdan keçib, 93 namizəd imtahana gəlməyib. İmtahanda iştirak edən 1873 namizəddən 607 nəfəri müsabiqə şərtini ödəyərək 60 və daha yüksək bal toplayıb və ikinci mərhələyə – müsahibəyə buraxılıb.

Mülki Prosessual, İnzibati Prosessual məcəllələrə və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna edilmiş dəyişikliklərə əsasən, yanvarın 1-dən qeyri-vəkillərin məhkəmələrdə təmsilçilik hüquqlarına məhdudiyyət qoyulub. Bu yeniliklərin tətbiqi barədə prezident sərəncamında Vəkillər Kollegiyasına vəkillərin sayının artırılması tövsiyə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

Novator.az bildirir ki, hazırda Vəkillər Kollegiyasının 940-a yaxın üzvü var. Bu, orta hesabla ölkədə 10 min nəfərə 1 vəkilin düşməsi deməkdir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button