2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vətəndaş 750 manatının polisin mənimsədiyini iddia edir

Yasamal rayonu Birinci Alatava, ev 134 A ünvanında qeydiyyatda olan Gülməmmədov Novruz Şöhrət oğlu ötən gecə üzləşdiyi problemlə bağlı Daxili İşlər naziri Ramil Usubova, Baş Prokuror Zakir Qaralova müraciət edib.

Surəti azadliq.info-ya təqdim olunan müraciətdə  bildirilir ki, aprelin 4-dən 5-nə keçən gecə saat 1 radələrində Ziya Bünyadov prospektində 359 dövlət nömrə nişanlı maşınla xidmət aparan Yol Patrul Xidməti əməkdaşları Novruz Gülməmmədovun idarə etdiyi 90 VD 444 nömrə nişanlı avtomobilini saxlayıblar. Şikayətçi pulqabıda (koşelok) olan sənədlərini polis əməkdaşlarının dartıb əlindən aldığını iddia edir. N.Gülməmmədovun sözlərinə görə, protokol yazılıb qaytarılan zaman ona məxsus 750 manat pulun pulqabında olmadığını görüb. Novruz Gülməmmədov hadisənin əraziyə yaxın AZPETROL yanacaqdoldurma məntəqəsində baş verdiyini bildirir. Onun deməsinə görə, polislər onun ittihamını qəbul etməyərək, yalan dediyini bildirib ərazidən uzaqlaşıblar. Şikayətçi məsələ ilə bağlı DİN-in 102 xidmətinə zəng etdiyini  bildirir. Amma onunla heç kəsin maraqlanmadığını da vurğulayır.

Saytların yığılması Saytlarin yigilmasi

Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyevlə dəfələrlə əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qaldı.

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button