2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

''Vətəndaşlar bankların ipoteka kreditinə maraq göstərmir''

Bu ay ərzində banklara ipoteka krediti ilə bağlı müraciət qeydə alınmayıb

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda banklar əhaliyə ipoteka krediti verilməsini bərpa edir. Bu siyahıya ipoteka üzrə kredit xətti açan “PAŞA Bank”, “UniBank”, “Kapital Bank”, “AtaBank”, “Bank Respublika”, “Bank of Baku”, “Muğanbank”, “Yapı Kredi Bank”, “Xalq Bank”, “Bank BTB” daxil olub. Ümumi əsaslarla verilən ipoteka krediti üzrə ilkin ödəniş 15-25%, imtiyazlı ipoteka krediti üzrə isə 15% təşkil edir.

Məlumatı “Turan” İA yayıb. Xəbərdə o da deyilir ki, mənzil şəraitini yaxşılaşdırmaq istəyən potensial kredit götürənlər bankların təkliflərinə laqeyd qalıblar. Sözügedən təşkilatların mətbuat xidmətlərinə zənglər göstərib ki, bu ay ərzində ipoteka krediti ilə bağlı müraciət qeydə alınmayıb.

“Ölkədə iqtisadi böhran, məlum olduğu kimi, təkcə sənaye istehsalının, ticarət dövriyyəsinin azalmasına deyil, həm də ipoteka kreditlərinin xeyli azalmasına səbəb olub. Bundan başqa, bir çox bank bu növ kreditin verilməsindən ümumiyyətlə imtina edib. AMB-nin məlumatına görə, Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə ayrılmış ipoteka kreditlərinin həcmi ötən ilin yanvar-dekabr aylarında bir milyon manatdan bir qədər çox təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrü üçün olan göstərici ilə müqayisədə 65 dəfə azdır”- məlumatda qeyd olunur.

“Turan” bu sahədə vəziyyəti əks etdirən başqa bir statistika da yayıb. Məlumatda bildirilir ki, 2017-ci il yanvarın 5-nə ölkədə 737876,810 min manat məbləğində 18111 ipoteka krediti verilmişdi. Ötən ilin dekabrında ipoteka kreditlərinin həcmi 114 kredit üzrə 7074.390 min manat təşkil etmişdi. Müqayisə üçün 2016-cı ilin yanvarına 729737,519 min manat məbləğində 17925 kredit verilmişdi.

Müstəqil iqtisadçı Vüqar Bayramov qeyd edir ki, ipoteka kreditlərinə marağın nəzərəçarpacaq dərəcədə zəifləməsi bir sıra səbəblərlə şərtlənib və əsasən, sosial mənzil layihəsinin həyata keçirilməsi ilə bağlıdır:

“Birincisi, bir sıra kateqoriyalara aid olan vətəndaşlar sosial mənzilə üstünlük verir, çünki bu mənzili almağın şərtləri kommersiya banklarının son dərəcə ağır tələblərinə nisbətən daha yüngüldür. Hazırda bir çox gənc ailə sosial mənzil almaq üçün elektron qeydiyyat sisteminin işə salınmasını gözləyir. Ödəniş şərtlərinin seçilə bilməsi də mühüm məqamdır – istər birdəfəlik ödəniş, istərsə də imtiyazlı kredit”.

Vüqar Bayramov
Vüqar Bayramov.

“İkincisi, daşınmaz əmlak bazarında durğunluq müşahidə olunur. İpoteka sxemi ilə mənzil əldə etməyi planlaşdıran insanlar mənzil qiymətlərinin daha da ucuzlaşmasını gözləyirlər. 2014-cü ildən etibarən tikinti sektorunda mənfi təmayül formalaşıb, bu, tikinti layihələrinin və obyektlərinin dondurulmasında, daşınmaz əmlak qiymətlərinin aşağı düşməsində özünü göstərib. Bundan başqa, mənzillərin ucuzlaşacağı haqqında proqnozlar da səslənib. Bu ümidlər potensial alıcıların davranışına təsir edib”, – deyə Bayramov qeyd edir.

Ekspertin fikrincə, üçüncü səbəb müştərinin kredit tarixçəsidir:

“Mənzil almağa can atan alıcıların müəyyən hissəsinin ya valyuta kreditlərinin ödənilməsi ilə bağlı çətinlikləri, ya da gecikmiş kreditləri var. Buna görə onların ipoteka krediti ilə mənzil almaq imkanları məhduddur. İstehlak bazarında bahalaşma, ailələrin gəlirlərinin azalması da mühüm amillərdir”.

“Turan” yazır ki, iqtisadiyyatın həm özəl, həm də real sektorunda dərin durğunluq var, bu, istehsalatların bağlanması, ştatların ixtisar edilməsi, əmək haqlarının kəsilməsi ilə müşayiət olunur.

Daşınmaz əmlak sahəsində ekspert Rəşad Əliyevin vətəndaşların alıcılıq qabiliyyətinin və ölkədə işgüzar fəallığın artması ilə bağı proqnozları da o qədər də nikbin deyil. Onun sözlərinə görə, bu il daşınmaz əmlak bazarında manatla qiymətlərin ucuzlaşacağı gözlənilmir:

“Ötən il daşınmaz əmlak bazarı satış nöqteyi-nəzərdən uğursuz oldu. İki devalvasiyadan sonra bu vəziyyət izlənilir: yeni binalarda satış həcmləri azalıb, sövdələşmə və verilmiş ipoteka kreditlərinin ümumi sayı azalıb. Hazırda yeni binaların, demək olar ki, yarısı boşdur.

Milli iqtisadiyyatda qeyri-stabil vəziyyət bu sahədə birmənalı proqnozlar verməyə imkan vermir. Daşınmaz əmlak bazarında vəziyyət neft qiymətlərindən, valyuta bazarının vəziyyətindən və ölkənin ipoteka proqramında islahatlardan asılı olacaq”.

24saat.org

Mənbə – www.meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button