2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Vətəndaşlar fərdi avtomobillərində Laçın şəhərinə səfər edə biləcəklər

Aprelin 27-dən vətəndaşlar öz şəxsi avyomobillərilə Laçın şəhərinə gedə biləcəklər. Bu barədə aprelin 25-də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, “Böyük Qayıdış” proqramının tərkib hissəsi olaraq Azərbaycan vətəndaşlarının işğaldan azad edilmiş ərazilərə səfərlərinin istiqamətləri genişləndirilir: “27 aprel 2024-cü il tarixindən vətəndaşlar fərdi minik avtomobillərilə Şuşa şəhəri və Suqovuşan qəsəbəsilə yanaşı, artıq Laçın şəhərinə də səfər edə biləcəklər. Vətəndaşlar səfər üçün icazəni 26 aprel tarixindən başlayaraq “Yolumuz Qarabağa” portalı üzərindən əldə edə bilərlər”.

Nazirlik bildirir ki, rəsmiləşdirilən icazələrin etibarlılıq müddəti 2 gün nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

“Laçın şəhərinə səfər Füzuli rayonunun Alxanlı keçid məntəqəsindən daxil olmaqla “Zəfər Yolu” və Horadiz qəsəbəsindən keçməklə Cəbrayıl – Zəngilan – Qubadlı – Laçın marşrutu ilə mümkün olacaq. Fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfərə icazə alına bilər”, – məlumatda qeyd edilir.

Xatırladaq ki, 27 dekabr 2023-cü ildən Şuşa şəhərinə və Suqovuşan qəsəbəsinə fərdi minik avtomobillərilə səfərlərə icazə verilib.

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button