2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Valeri Pekress İlham Əliyevdən polisə şikayət edib – İDDIA

“Europe 1” radiostansiyasının məlumatına görə xanım Pekress ərizəsində “ölümlə hədələndiyini” iddia edir

Fransada prezidentliyə namizəd və İl-de-Frans regionu bələdiyyəsinin sədri Valeri Pekress hüquq-mühafizə orqanlarına Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən şikayət ərizəsi verib.

Europe 1” radiostansiyasının məlumatına görə xanım Pekress ərizəsində “ölümlə hədələndiyini” iddia edir.

Saytların yığılması Saytlarin yigilmasi

Radiostansiyanın məlumatından belə başa düşülür ki, Pekressin şikayəti təkcə Əliyevi yox, habelə sosial şəbəkələrdə Əliyevin dediklərini dəstəkləyənləri hədəfləyir.

Current Time yazır ki, qalmaqal Peksressin ötən il dekabrın 20-23-də keçmiş Avropa komissarı Mişel Barnye və “Respublikaçılar” fraksiyasının rəhbəri Brüno Retayonun Ermənistana səfərindən başlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hələ dekabrın 23-də Fransanın Bakıdakı səfirinə “Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri” ilə bağlı etiraz notası verib.

Azərbaycan XİN habelə Pekressi müşayiət edən şəxslərin qara siyahıya salındıqlarını bildirib.

Europe 1” radiostansiyasının məlumatına görə xanım Pekress ərizəsində “ölümlə hədələndiyini” iddia edir

Fransada prezidentliyə namizəd və İl-de-Frans regionu bələdiyyəsinin sədri Valeri Pekress hüquq-mühafizə orqanlarına Azərbaycan Respublikasının prezidenti İlham Əliyevdən şikayət ərizəsi verib.

“Europe 1″ radiostansiyasının məlumatına görə xanım Pekress ərizəsində “ölümlə hədələndiyini” iddia edir.

Radiostansiyanın məlumatından belə başa düşülür ki, Pekressin şikayəti təkcə Əliyevi yox, habelə sosial şəbəkələrdə Əliyevin dediklərini dəstəkləyənləri hədəfləyir.

Current Time” yazır ki, qalmaqal Peksressin ötən il dekabrın 20-23-də keçmiş Avropa komissarı Mişel Barnye və “Respublikaçılar” fraksiyasının rəhbəri Brüno Retayonun Ermənistana səfərindən başlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi hələ dekabrın 23-də Fransanın Bakıdakı səfirinə “Fransa prezidentliyinə namizəd Valeri Pekressin Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfəri” ilə bağlı etiraz notası verib.

Azərbaycan XİN habelə Pekressi müşayiət edən şəxslərin qara siyahıya salındıqlarını bildirib.

Əliyev nə deyib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 12-də yerli mediaya müsahibəsində deyib ki, Valeri Pekress Dağlıq Qarabağa gizlicə gedib.

O bildirib ki, bu barədə daha əvvəldən bilsəydi, Pekressi Qarabağdan Ermənistana qayıtmağa qoymazdılar:

“Onlar ora xəlvət gedib, xəlvət qayıdıblar. Bu xəbər onlar qayıdandan sonra çıxıb. Yəqin ehtiyat ediblər ki, biz onları Laçın dəhlizində saxlayarıq”.

Fransanın xarici işlər naziri Jan-İv Le Drian yanvarın 18-də Fransa parlamenti deputatlarının suallarına cavab verərkən deyib ki, İlham Əliyevin bəyanatı “forması və mahiyyəti” baxımından “qəbuledilməzdir”.

Yeri gəlmişkən, nazir bunu da deyib ki, gələcəkdə millət vəkillərinin və məmurların öz səfərləri barədə hökumətə məlumat vermələrini gözləyir.

Bunun ertəsi günü Azərbaycan XİN-in sözçüsü Leyla Abdullayeva Fransa xarici işlər nazirinə cavab verib.

O Le Drianın bəyanatını “məsuliyyətsiz və formaca qeyri-məqbul” adlandırıb.

Sözçü deyib ki, nazirin dedikləri “diplomatik ənənəyə ziddir”.

Abdullayevanın sözlərinə görə, Fransa prezidenti postuna namizədlik Pekressə Azərbaycan qanunlarını pozmaq imtiyazı vermir.

Sözçü əlavə edib ki, “xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz daxil olanda onlara qarşı inzibati qaydada və ya ölkənin Cinayət Məcəlləsinə uyğun tədbir görülür”.

Xatırlatma

2020-ci ildə, İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil) və ətraf 7 rayona (Ağdam və Füzuli rayonları daxil) nəzarəti bərpa edib.

Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

24 saatxəbəri “AzadlıqRadiosu”na istinadən dərc edib

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button