2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Sosial

Vilyam Hacıyevin şok “Gül-Gün” əməliyyatı

“İmişli icra başçısı Vilyam Hacıyev qanunlar tərəfimdə ola-ola hüquqlarımı tapdamaqda davam edir”.

Bu sözləri 24saat.org-a göndərdiyi şikayət məktubunda sahibkar Niyaz Niyazov bildirib. Sahibkar qeyd edib ki, V.Hacıyev və AZAL prezidenti Cahangir Əsgərov əlbir olaraq, onu müflis edib.

N.Niyazov şikayətində Vilyam Hacıyevin ona məxsus sahəni zəbt etdiyini, lakin kompensasiya ödəməkdən boyun qaçırdığını deyib:

Saytların yığılması Saytlarin yigilmasi

“1992-ci ilin noyabrında “Gül-Gün” sahibkar müəssisəsini yaradaraq Ədliyyə Nazirliyində qeydiyyatdan keçirdim.

1993-cü ildə isə müəssisənin ictimai-iaşə obyektlərinin tikinti işlərini həyata keçirməkdən ötrü Gəncə Aeroportunun yaxınlığında olan Göygöl rayon Bağmanlar sovxozunun ərazisindən 1,5 ha torpaq sahəsi aldım.

O zaman Göygöl rayonunun icra başçısı Pənah Məmmədov idi və torpağı götürməyimə o, sərəncam vermişdi. Tez bir zamanda həmin ərazidə ictimai-iaşə müəssisəsinin tikinti işlərini başlatdım.

Tikinti işləri fasilə ilə getsə də, başa çatmaq üzrə olduğu zamanda həmin torpaq sahəsinin “plana düşməsi” xəbərini aldım. 2004-cü ildə Gəncə Beynəlxalq Hava Limanı kompleksinin yenidən tikintisi məsələsi gündəmə gəldi.

Müəssisəmin ərazisi bütövlüklə yeni tikilməkdə olan Gəncə aerovağzal kompleksinin plan ərazisinə düşdüyü üçün sənədlərimi hazırlayıb dövlətdən kompensasiya almaq qərarına gəldim. Bu da mümkün olmadı, müxtəlif bəhanələrlə məni get-gələ saldılar”.

Sahibkar 24saat.org-a yazıb ki, V.Hacıyev icra başçısı olduqdan sonra, onunla düşmən olub: “Əvvəllər Gəncə hava limanında bizim tabeliyimizdə çalışarkən ona heç bir pisliyim keçməyib. Onunla insani münasibətimiz tam normal olub.

Nədənsə, Gəncə hava limanından uzaqlaşıb Göygöl rayonuna icra başçısı olan kimi mənim sahibkarı olduğum “Gül-Gün” müəssisəsinə düşmən kəsildi.

2004-2006-cı illərdə Göygöl rayonuna başçılıq edən Vilyam Hacıyev əlində heç bir əsası olmadan başdan-ayağa yalan, iftira ilə məktub yazaraq Azərbaycan Hava Yollarına yolladı.

O, bu məktubu ilə “Gül-Gün” sahibkar müəssisəsinin fəaliyyətinin dondurulmasına çox asanca nail oldu. Onun yazdığı məktublar hüquqi cəhətdən tam qanunsuzdur. Sənədlərimin hamısı tam qaydasındadır.

İcra başçısı özünün verdiyi sərəncamın sonradan saxta olduğunu deyir. Vilyam Hacıyevin bu məktubu əsasında “Azərbaycan Hava Yolları”nın rəhbərliyi mənə dövlətdən kompensasiya almağına imkan vermədi.

Cavab yazdılar ki, guya sənədlərim qaydasında olmadığı üçün təzminat ala bilmərəm. Dəfələrlə Cahangir Əsgərovun qəbuluna düşməyə çalışsam da, buna imkan vermədilər.

İmkan vermədilər ki, deyim, ay qardaş indi “saxta” adlandırılan, “qaydasında olmayan” həmin sənədləri elə o məktubu yazan icra başçısı verib mənə.

Əgər o saxtadırsa, bu, mənim günahım deyil, axı. Səsimi eşidən olmadı və bununla da Cahangir Əsgərov və Vilyam Hacıyev mənim hüquqlarımı tapdalayıb, yüz minlərlə manat həcmində maddi ziyan vurdular. Yalan məktublar əsasında məni müflis etdilər. Ailəmin maddi durumu hazırda ən kritik həddə çatıb”.

N.Niyazov artıq 10 ildən çoxdur ki, aidiyyəti qurumlara müraciətlər edir, lakin nəticə əldə edə bilmir:

“Mən o torpaqda tikinti işlərinə 400 min manatdan çox vəsait xərcləmişdim, amma 10 ildən çoxdur ki, mənə 1 qəpik də verilmir. İndi həmin torpaq sahəsinin milyonlarla dəyəri var.

Mən dövlətdən haqqım çatmayanı istəmirəm. Sadəcə qanuni haqqım olan kompensasiyanı AZAL rəhbərliyi mənə verməlidir və bu, onların borcudur.

Çünki kompensasiya almaq üçün rədd cavabını alandan sonra o zaman külli miqdarda pul xərclədiyim müəssisəmin tikililərini dəyər-dəyməzə satmağa məcbur qaldım. Hazırda da fəaliyyətə başlamaq üçün pul götürməyə belə tam maneçilik törətdirirlər”.

İndiyədək etdiyi müraciətlərin nəticəsiz qalmasına gəlincə, şikayətçi bildirir ki, Vilyam Hacıyev barəsində yazdıqları hələ azdır:

“Vilyam Hacıyev vaxtında Gəncə Hava Limanında bizlərin tabeliyində çalışırdı. 1.0 ha torpaq haqqında qərara imzanı o zaman Xanlar rayonunun Xalq Deputatları Sovetinin sədri vəzifəsində çalışan Murad Aşurov atıb.

O, Gəncə aeroportuna gələndə Vilyam Hacıyev onun əlindən ən balaca portfelini belə zorla dartıb alırdı ki, kömək etsin. Murad müəllim də ona gülürdü. Mən onda sərnişin və yükdaşımaları xidmətində növbə rəisi vəzifəsində çalışırdım.

Vilyama deyirdim ki, ayıbdır, elə işlər görmə. Çəkisi 1 kq olmayan adi portfeli onların əlindən dartıb alma. Mənə deyirdi ki, sən belə şeyləri bilməzsən. İndi həmin Vilyam Hacıyev Cahangir Əsgərova yazıb verib ki, guya Murad Aşurovun imzaladığı qərar doğru deyilmiş.

Qeyd edək ki, Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygöl rayon İcra Hakimiyyətinin başçısı olub. 2012-ci ildə isə Prezident İlham Əliyevin sərəncamı ilə İmişli rayonuna rəhbər təyin edilib. V.Hacıyevin mövqeyini verməyə hazırıq.

24saat.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button