Xəzərdə meyiti tapılan kişinin neftçi olduğu güman edilir - 24 saat xəbərlər
Now Reading:
Xəzərdə meyiti tapılan kişinin neftçi olduğu güman edilir
Full Article 1 minutes read

Xəzərdə meyiti tapılan kişinin neftçi olduğu güman edilir

Bu gün, aprelin 6-sı Xəzərdə tapılmış kişi meyitinin itkin neftçi Azay Zülfüqarov olduğu güman edilir.

Bu haqda Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı məlumat verib.

“Yaxınlarının verdiyi məlumata görə, meyit Azay Zülfüqarova məxsusdur. O, ötən ilin dekabrında Nərimanov adına Neft və Qazçıxarma İdarəsindəki qəza nəticəsində itkin düşmüşdü”, hüquq müdafiəçisi bildirib.

Xəzərdə tikin düşən neftçilərin axtarışı ilə bağlı yaradılmış Qərargah isə, hələ ki, tapılmış meyitin kimliyi ilə bağlı hər hansı açıqlama verməyib.

A.Quliyevin qardaşı Güloğlan Zülfüqarov da 2016-cı il dekabrın 15-də baş vermiş qəzada itkin düşmüşdü.

Güloğlan Zülfüqarovun meyiti martın 20-si tapılıb. Müayinədən sonra, martın 22-si ailəsinə təhvil verilib.

Mart ayında Zülfüqarovların ailəsi AzadlıqRadiosu-na açıqlamalarında hökumətin yardımına ehtiyaclarının olduğunu bildirmişdilər.

Xatırlatma

2016-cı il dekabrın 15-i səhər saatlarında güclü külək nəticəsində N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin estakadasının dənizə düşməsi nəticəsində 10 neftçi itkin düşüb.

Həmin gün bir, daha sonra isə 4 neftçinin meyiti tapılaraq ailəsinə təhvil verilib.

Qalan neftçilər, hələ də rəsmən itkin sayılır.

24saat.org

Mənbə – azadliq.org

Input your search keywords and press Enter.