2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Xədicə İsmayıl korrupsiyanı 5-ci kolon adlandırdı

Xədicə İsmayıl

Cənab prezident, 5-ci kolon siz və ailənizin başında durduğu korrupsiyadır.

Saytların yığılması Saytlarin yigilmasi

Sizin illərdir yeyib taladığınız səhiyyə sistemi indi virusa qarşı acizdir.

Sizin aparatınızdan gələn zənglə karantindən yayınıb gələn xəstə bütöv bir xəstəxanada təhlükə yaradıb, özü virusdan vəfat etməmişdən əvvəl tibbi heyəti yoluxdurub.

Sizin rəhbərlik etdiyiniz hökumətin icra strukturları indi dezinfeksiya üçün iş adamlarından pul tələb edir.

Sizin və atanızın dövründə çökən səhiyyə sistemində xəstəxanalara müraciət etməyə qorxur vətəndaş

Sizin məhv etdiyiniz vətəndaş cəmiyyəti virusla mübarizədə korrupsiya hallarını izləməkdə və vətəndaşları maarifləndirməkdə acizdir

Sizin yaratdığınız etibarsızlıq mühitində vətəndaş hökumətdən gələn heç bir xəbərə inanmır.

Sizin sivil qurumlara yaratdığınız etibarsizliq və ümidsizlik insanları ümidini yalnız mistik, ilahi qüvvələrə dikməyə, ədaləti allahdan, sağlamlığı pirlərdən gözləməyə vadar edib

Sizinçökdürdüyünüz təhsil sistemi vətəndaşı mövhumata sığındırıb

Sizin dünyəvi müxalifəti qanundan kənara sıxışdırmağınız çoxlu sayda əhalini mötədil və radikal dini alternativlərin qucağına atıb.

Sizin çökdürdüyünüz müstəqil media indi mövcud olsaydı, indi vətəndaşlar daha məsuliyyətli, daha ağlabatan davranış üçün bilgili olar, ümid Niquş, Nabat və Saykaların dezolarına qalmazdı.

Bizə koronavirusdan əvvəl ürcah olan və bizi istənilən təhlükə qarşısında aciz edən virus siz və sizin rejiminizdir.

Özünüzdən başlayın təhlükə ilə mübarizəyə.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button